Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Sökülən ev, verilməyən kompensasiya
Sökülən ev, verilməyən kompensasiyaBu gün, 12:20 |
|
"DİA-AZ" Milli.az-a istinadən xəbər verir ki, sakinlər iddia edir ki, söküntünü həyata keçirən "Olympus Park" tikinti şirkəti əvvəlcə kirayə haqqı ödəsə də, son üç ildə bu ödəniş tamamilə dayandırılıb.
Hazırda ailə üzvləri ümumilikdə 8 nəfər sabit yaşayış yeri olmadan, şəhərin müxtəlif yerlərində, əsasən zirzəmilərdə gecələməyə məcbur olduqlarını bildirirlər. Onlar nə yeni mənzillə təmin olunublar, nə də hər hansı kompensasiya alıblar.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı məhkəməyə müraciət edilib və apellyasiya instansiyası onların xeyrinə qərar çıxarıb. Lakin iddia olunur ki, bu qərar hələ də icra olunmur və problem həllini tapmayıb.
Məsələ ilə bağlı şirkətdən bildirildi ki, sözügedən daşınmaz əmlakın çıxarışı üzrə sahəsi 35 kv metr təşkil edir. Vətəndaşa 50 kv metrdən də artıq müxtəlif mənzil təklif edilib. Bununla yanaşı müvafiq qaydada kompensasiya ödənişi həyata keçirilib. Hazırda vətəndaşın yaşayış səviyyəsinin təmin edilməsi məqsədi ilə kirayə haqqı şirkət tərəfindən ödənilməyə davam edir. Hazırda məsələ məhkəmə icraatındadır.
Geri qayıt |