Əsas Səhifə > Manşet / Hadisə > Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır...
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır...Bu gün, 07:51 |
|
"Məlum olduğu kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin 8 vəzifəli şəxsi yol verdikləri qanunsuz hərəkətlərə görə məsuliyyətə cəlb olunub. Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında bu barədə ətraflı məlumat yer alıb..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra deyilir: "Öncə qeyd edək ki, SHXÇDX-da aparılan məlum həbslər bu qurumda şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sevindiricidir ki, Xidmətdəki neqativ halların araşdırılması və ortadan qaldırılmasında maraqlı olan əsas qurum SHXÇDX, eləcə də bu qurumun rəhbəri Mürsəl İbrahimovdur. Bu baxımdan SHXÇDX-dəki həbslərin adıçəkilən qurumun sağlamlaşdırılması baxımından həyati əhəmiyyət kəsb etdiyi birmənalıdır. Əslində SHXÇDX-də baş verənlər bu Xidmətdə təmsil olunan və barəsində mediada zaman-zaman ciddi tənqidi yazıların yer aldığı şəxslərin də yaxın gələcəkdə bu qurumdan uzaqlaşdırılacağını düşünməyə əsas verir. Belə şəxslərdən biri də sabiq MTN şefi Eldar Mahmudovun ən yaxın kadrlarından biri hesab olunan Tehran Babatovdur. Nə qədər qəribə görünsə də, MTN olaylarında həbsdən yaxa qurtaran Tehran Babatov, daha sonra SHXÇDX kimi strateji qurumda özünə yer edə bilib. Xatırladaq ki, mediada bu şəxs haqqında bir dənə də olsun müsbət məqalə və ya fikrə rast gəlmək mümkün deyil. Əksinə, Tehran Babatovun adı keçən bütün məqalələrdə adıçəkilən şəxs sərt tənqid edilir, onun fəaliyyətinin araşdırılmasının vacibliyi vurğulanır. 1.https://qafqazinfo.az/news/detail/eldar-mahmudovun-kassiri-babatov-126774 2. https://yenisabah.az/eldar-mahmudovun-kassirine-yuksek-vezife-verildi-238940 3. https://publika.az/news/nida_xeber/461593.html Ümid edirik ki, əlaqədar qurumlar Tehran Babatovun da fəaliyyətinə nəzər salacaq və yəqin ki, aparılan araşdırma nəticəsində bu şəxs haqqında uzun illərdir ki, mediada yer alan tənqidi yazıların heç də əsassız olmadığı üzə çıxacaq. Geri qayıt |