Əsas Səhifə > Manşet / Reklam / Güney Press > “Azercell”in 13-cü ay OYUNBAZLIĞI...

“Azercell”in 13-cü ay OYUNBAZLIĞI...


Bu gün, 10:04

"Şikayətim Azercell şirkətindəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Elnur Rəhimli adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra müraciətində belə deyir: "Mən uzun illərdir bu operatorun istifadəçisiyəm. Qiymət artımları hər 3 operatorda olduğuna görə başqa şansda qalmır dəyişməyə. Sadəcə adamı incitmədiyinə görə "Azercell"də qalmışam.
Mən neçə müddətdi "DigiMax" paketini seçirəm. Məni sadəcə əsəbləşdirən odur ki, paketin müddətini 28 gün ediblər. Yani 1 il ərzində bunlar 13-cü ayı özlərindən peydahladıblar.
Çatda mənə verdiyi cavaba bir baxın. Həqiqətən artıq bezdiriblər bu operatorlar insanları. Kimə şikayət edirsən də, xeyri yoxdur".

Geri qayıt