Əsas Səhifə > Manşet / Ölkə > SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI...

SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI...


Bu gün, 08:25
"Son dövrlərdə müxtəlif idarə və müəssisələrdə əmək qanunvericiliyinin kobud şəkildə pozulması halları ciddi narahatlıq doğurur. Bir çox işçilər heç bir əsaslı səbəb göstərilmədən, onların ailə və sosial vəziyyəti nəzərə alınmadan işdən azad edilir..." "DİA-AZ" xəbər verir ki, bunu SOCAR rəhbərliyinin yol verdiyi qanunsuz əməlləri ilə bağlı ölkə rəhbərliyinə ünvanlanmış müraciətində sözügedən qurumun işçisi Zamiq Əliyev qeyd edib.
Müraciətdə daha sonra deyilir: "Bu proseslər zamanı işçilərə formal bildirişlər təqdim olunur, imza atmaqdan imtina edənlər isə təzyiq və təhdidlərlə üzləşdirilir.Həyat yoldaşı olmayan evdə təkcə özü işləyən qadınları belə nəzərə almırlar.
Daha da narahatedici hal ondan ibarətdir ki, işdən azad edilən şəxslərə alternativ iş imkanları təklif edilmir, onların sosial müdafiəsi təmin olunmur və nəticədə insanlar faktiki olaraq dolanışıq mənbəyindən məhrum edilirlər. Bu cür yanaşma yalnız ayrı-ayrı vətəndaşların deyil, bütövlükdə cəmiyyətin sosial rifahına mənfi təsir göstərir, işsizlik səviyyəsinin artmasına, sosial narazılığın dərinləşməsinə və dövlətə olan etimadın zəifləməsinə səbəb olur.İnsanlar qədərin öhdəsinə buraxılır.
Hesab edirəm ki işçilərin qanunsuz şəkildə işdən azad edilməsi hallarının araşdırılması üçün müvafiq qurumlara ciddi tapşırıqlar verilməsinə əmək hüquqlarının qorunması istiqamətində zəruri tədbirlər görülməsinə və işdən azad edilən işçilərin altenativ işlə təmin edilməsi istiqamətində ciddi tədbirlər görülməsinə ehtiyac var
İnanıram ki, Sizin rəhbərliyiniz altında vətəndaşların hüquqlarının qorunması, sosial ədalətin təmin edilməsi və dövlət-vətəndaş münasibətlərində etimadın gücləndirilməsi istiqamətində zəruri addımlar atılacaqdır..."

Geri qayıt