Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR?

İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR?


Bu gün, 14:02

Bura Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsidir. Daha dəqiqi Biləcəri qəsəbəsində döngə 4, Füzuli küçəsi 2 ünvanıdır. Yağış yağarkən əgər digər küçəlrədə, ərazilərdə bir dəfə hiss olunursa, qeyd etdiyimiz ünvanda yağışın təsirindən günü bu gün də problem çəkirlər...

Bu barədə "DİA-AZ"a danışan sakinlər bildirir ki, elə ki yağış yağdı... qalırlar çıxılmaz durumda. Sakinlər deyir: "Neçə müddətdir, həm yerli icra hakimiyyəti, həm də bələdiyyə qarşısında məsələ qaldırıblar. Amma nə xeyri?"

Digər küçələr asfaltlansa da, onların küçəsinin asfalt örtüyü də yoxdur ki, bu da yağışlı havada əlavə problem yaradır.

Qeyd edək ki, bu küçə sakinləri arasında Şəhid olanı da var... 44 günlük savaşda sağlamlığını itirəni də... Və onların ailə üzvləri də yerli rəhbərlikdən üzləşdikləri problemlə bağlı tədbir görülməsini istəyiblər. Lakin bir daha qeyd edirik ki, Binəqədi ərazisinin tamamında olduğu kimi, burada da aidiyyatı qurum və şəxslər vətəndaş gileylərini qulaqardına vurular...

"DİA-AZ" vasitəsilə ölkə rəhbərliyinə müraciət edən sakinlərin bir diləyi də onları dinləyəcək rəhbərliyin təyin olunmasıdır: "Binədəqi paytaxtımızın böyük rayonlarından biridir. Burda yerli rəhbərlik problemləri dinləmirsə, bu zaman narazılıq daha da böyük xarakter almış olur..."

Məsələ diqqətimizdədir...


Geri qayıt