Əsas Səhifə > Manşet / Gündəm > "Vətəndaşlara bu qədər hörmətsizlik etmək üçün hardan güc alırsınız?!"

"Vətəndaşlara bu qədər hörmətsizlik etmək üçün hardan güc alırsınız?!"


Bu gün, 06:31

"Artıq bir həftədən çoxdur ki, Nərimanov rayon, Ceyhun Hacıbəyli küçəsində suyun verilməsində ani və uzun fasilələr yaranır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində Ayşən Əhmədli adlı paytaxt sakini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyinə xitabən yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Vətəndaşlara xəbərdarlıq etmədən, gün və saat bildirmədən kefiniz istəyən saniyə suyu kəsirsiniz! Əsasən də insanların evdə olan saatları (18:00-dan sonra) edirsiniz bunu!
Qaynar xəttinizə dəfələrlə zəng etməyimə baxmayaraq operatorlarınız “Bizə hər hansı bir məlumat verilməyib, idarəyə sorğu göndərib, araşdırıb məlumat verəcəyik” deyərək yola verirlər. Nə geri dönüş var, nə səbəb bildirilir, nə də problem həll edilir! Vətəndaşlara bu qədər hörmətsizlik etmək üçün hardan və kimdən güc alırsınız?!
Səbəb nədir ki, operatorlarınız belə xəbərdar deyil bundan?! Və ya vətəndaşı xəbədar etməyi özünüzə yaraşdırmırsınız?!"

Geri qayıt