Əsas Səhifə > Sosial / Manşet > PULSUZ TİBB XİDMƏTİNİN QİYMƏTİ NEÇƏYƏDİR?
PULSUZ TİBB XİDMƏTİNİN QİYMƏTİ NEÇƏYƏDİR?24-10-2012, 11:29 |
![]() OQTAY ŞİRƏLİYEVİN XƏSTƏXANALARINDA VƏZİYYƏT RƏZALƏT HƏDDİNDƏ DİA.AZ: - Bu gün səhər saatlarında metronun В«NərimanovВ» stansiyasının yaxınlığında yerləqən Respublika Uşaq Stomotoloji Mərkəzində olan DİA.AZ əməkdaşı olduqca ürəkağrıdan bir mənzərə ilə rastlaşıb. Əslində, əməkdaşımızın şahidlik etdiyi mənzərə hər kəsə tanışdır. Sadəcə olaraq, qosqoja tibbi işçilərinin 5-10 manat pula görə, boyunlarını bükməsi və hətta şəxsiyyətlərini belə alçaldan hərəkətlərə rəva görmələri artıq ölkədəki rüşvətxorluğun rəzalət mərhələsinə qədəm qoymasından xəbər verir. Belə ki, övladının dişini çəkdirməyə aparan əməkdaşımız bildirir ki, elə qapıdaca qeydiyyatı aparan zaman ondan əslində xəstəsinin halının yox, cibinin qalınlığından xəbər tutulmağa başlayıb: В«Nə isə. Jurnalist kimliyinə güvənib, bütün prosedurları rüşvət vermədən keçdikdən sonra övladımın dişini çəkdirə bildim. Amma sonda dişi çəkən həkimə В«doktor, pulu kimə verməliyəmВ» sualını verdikdə həkim В«mənə verməlisinizВ» dedi. Mən də məbləğini soruşdum. Həkim bu zaman maraqlı bir cavab verdi: В«Bizdə xidmət pulsuzdur, ona görə də nə qədər verməli olduğunu özün müəyyənləşdirВ». Hər halda, maraqlı idi ki, həkim pulsuz xidmətin qarşılığında belə pul tələb edirdiВ». Əməkdaşımız bildirir ki, onunla bərabər digər xəstə yaxınları da eyni qaydada pulsuz xidmətin pulunu ödəyərək Oqtay Şirəliyevin rəhbərlik etdiyi səhiyyəmizin bəhrəsini dadıblar. Geri qayıt |