Əsas Səhifə > Siyasət / Manşet > GÜLƏR ƏHMƏDOVA BU GÜN "MƏRKƏZ"DƏ İCLAS ÇAĞIRIB

GÜLƏR ƏHMƏDOVA BU GÜN "MƏRKƏZ"DƏ İCLAS ÇAĞIRIB


16-11-2012, 10:39
GÜLƏR ƏHMƏDOVA BU GÜN "MƏRKƏZ"DƏ İCLAS ÇAĞIRIB
KEÇMİŞ DEPUTAT QƏZETİNDƏ YARANMIŞ PROBLEMİ ÇÖZMƏYƏ ÇALIŞIR

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin açıqladığı gizli video çəkilişlə həm siyasi və həm də ictimai karyerası şübhə altına düşən və nəticədə mandatından olan Gülər Əhmədovanın eyni zamanda rəhbərlik etdiyi В«MərkəzВ» qəzetində də müəyyən problemlər yaşadığı məlumdur.

Belə ki, çalışdırdığı redaksiya kollektivi ilə maaş problemi yaşayan keçmiş deputatın В«MərkəzВ»in ofisində az-az göründüyü də söylənilir. Amma bu gün onun işə çıxacağı haqda məlumat əldə etmişik.

В«MərkəzВ»də çalışan həmkarlarımızdan birinin DİA.AZ-a bildirdiyinə görə, hətta Gülər Əhmədova bu gün iclas da çağırıb: В«İclasda nəyin müzakirə olunacağını bilmirik. Ola bilsin ki, maaş məsələsindən danışılacaq. Amma hamımıza saat 11-də redaksiyada olmaq tapşırığı verilibВ».

Geri qayıt