Əsas Səhifə > Siyasət / Manşet > RÖVNƏQ ABDULLAYEV GÜRCÜSTANDAKI ADAMINI İTİRDİ
RÖVNƏQ ABDULLAYEV GÜRCÜSTANDAKI ADAMINI İTİRDİ17-01-2013, 08:18 |
![]() MAHİR MƏMMƏDOV VƏZİFƏSİNDƏN ALINDI: 13 MİLYON DOLLAR NƏ OLACAQ? DİA.AZ: - Neçə müddətdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan uzantısı olan В«Socar GeorgiaВ» ilə bağlı yaranmış qalmaqalın xəbərlərini diqqətlərinizə çatdırmaqdayıq. Bildirək ki, bununla əlaqədar DİA.AZ-a ARDNŞ-də yüksək post tutan şəxslərdən biri adının çəkilməməsi məqsədilə çox ilginc bir xəbəri çatdırıb. Məlumatı verən mənbə bildirir ki, əslində В«Socar GeorgiaВ» ilə yeni gürcü hökuməti arasında yaranmış problem siyasi mahiyyət daşısa da, bu işdə Rövnəq Abdullayevin Gürcüstandakı bir nömrəli adamı hesab olunan Mahir Məmmədovun da kifayət qədər günahı var: В«Mahir Məmmədov В«Socar GeorgiaВ»da vitse-prezident postunu tutur. Ona Bakıdan yerli hökumətlə münasibətləri qaydasında tutmaq tapşırığı verilsə də, məhz onun səhlənkarlığı səbəbindən bu gün В«Socar GeorgiaВ» 26 milyon lari həcmində vergidən yayınmada ittiham olunurВ». Mənbəmizin sözlərinə görə, Mahir Məmmədov bu səbəbdən artıq vəzifəsindən azad edilib: В«Təbii ki, Rövnəq Abdullayev sonna qədər adamını müdafiə etdi. Amma vəziyyət o həddə çatdı ki, nəhayətdə Mahir Məmmədov getməli oldu və bunda В«yuxarılarВ» maraq göstərdi. Hələlik Mahir Məmmədovun yerinə kimsə təyin olunmayıb. Amma buna baxmayaraq, o hələ də Tiflisdədir və o, bundan sonra yalnız Rövnəq Abdullayevin Gürcüstandakı şəxsi biznesini yönəldəcəkВ». Geri qayıt |