Əsas Səhifə > Sosial / Manşet > OROMİLƏRİN BAKIDAKI XANƏDANI ÇÖKDÜRÜLÜR

OROMİLƏRİN BAKIDAKI XANƏDANI ÇÖKDÜRÜLÜR


11-03-2013, 13:04
OROMİLƏRİN BAKIDAKI XANƏDANI ÇÖKDÜRÜLÜR
İRANA AİD SƏRMAYƏYƏ QARŞI MÜBARİZƏ KAMPANİYASI DAVAM EDƏCƏK

DİA.AZ: - Keçən il В«Royal Bank of BakuВ»nun fəaliyyətinin dayandırılmasının ardından bank sektorunda В«təmizləməВ» işlərinin bundan sonra da həyata keçiriləcəyi anons edilmişdi. Bununla bağlı DİA.AZ-ın hökumət içindəki qaynaqlardan əldə etdiyi informasiyada qeyd olunur ki, bu il daha bir bankın fəaliyyəti durdurula bilər.

Xatırladaq ki, artıq iki ilə yaxındır ki, rəsmi Tehranla Azərbaycan hakimiyyəti arasında münasibət gərginliyi hökm sürür. Vəziyyət o həddə çatıb ki, hətta İran tərəfi aşkar surətdə Azərbaycan dövlətinə və Azərbaycan rəhbərliyinə qarşı təbliğatlarını belə inkişaf etdirirlər.

Bununla yanaşı, İranın Azərbaycana qarşı kəşfiyyat işləri həyata keçirdiyi də faktdır və hətta bu ölkənin Azərbaycan daxilində təxribatlara tədarük görməsi faktları da mövcuddur. Halbuki iki ölkə arasında bir-birinin əleyhinə kəşfiyyat işlərinin həyata keçirilməməsilə bağlı konkret anlaşma da imzalanıb. Amma buna rəğmən, dəfələrlə İranın xüsusi xidmət orqanlarının Azərbaycanda müxtəlif təxribatların tədarükündə olmasını sübut edən dəlillər ortaya qoyulub.

Elə buna görədir ki, son illərdə rəsmi Bakı İrana aid maliyyə rıçaqlarını da nəzarəti altına almağa çalışır. Amma maləsəf, bu yöndə radikal addımlar hələ də yubanmaqdadır. Məsələn, məşhur В«VikiliksВ» təşkilatının açıqladığı məxfi sənədlərdən də aydın olurdu ki, İranın xüsusi xidmət orqanlarının Bakıdakı əsas maliyyə dayaqları bank sektorunda qərar tutub. Və bu sektorunda İrana aid kapital özünü əsasən üç bankda - В«XalqBankВ»da, В«Bank of BakuВ»da və В«Royal Bank of BakuВ»da nəzərə çarpdırır.

Ona görə də ekspertlər В«Royal Bank of BakuВ»nun fəaliyytinə qadağanın qoyulmasını rəsmi Bakının İran kapitalına qarşı tədarükü kimi qiymətləndirdi.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, bu dəfə də adı məşhur В«VikiLiksВ» təşkilatının açıqladığı məxfi sənədlərdə hallandırılan В«Bank of BakuВ» və onun sahiblərindən olan Oromi qardaşları ilə bağlı addımların atılması nəzərdə tutulur. Mənbəmizin iddia etdikləri:



В«Oromi qardaşları İrandan olsalar da, Türkiyə vətəndaşlarıdır və onlar Azərbaycanda В«NABВ» Dış Ticaret LTD şirkəti formasında təmsil olunurlar. Onların bu gün inhisarında təkcə В«Bank of BakuВ» deyil, eyni zamanda В«Hyundai Auto AcerbaijanВ», В«Baku ElectronicsВ» və digər şirkətlər də Oromi qardaşlarının, yəni İrana aid kapitalın nəzarəti altındadırВ».

Mənbəmiz bildirir ki, artıq bu qardaşlarla bağlı qərar verilib: В«Amma maraqlı burasıdır ki, bu qardaşlar Prezident Administrasiyasında yüksək çinli məmurlardan biri tərəfindən himayə olunmaqdadır. Lakin bu fakt da Oromi qardaşlarının qurtuluşu üçün yetərli olmayacaqВ».

Geri qayıt