Əsas Səhifə > Gündəm / Manşet > KEÇMİŞ REKTOR VİDEOLARI ALVER PREDMETİNƏ ÇEVİRİB

KEÇMİŞ REKTOR VİDEOLARI ALVER PREDMETİNƏ ÇEVİRİB


13-03-2013, 12:15
KEÇMİŞ REKTOR VİDEOLARI ALVER PREDMETİNƏ ÇEVİRİB
NƏDƏN ELŞAD ABDULLAYEV В«5 MİLYONLUQВ» VİDEOMATERİALI AÇIQLAMADI?

DİA.AZ: - Redaksiyamız ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə bağlı maraqlı bir məlumat əldə edib. Xatırladaq ki, bir neçə gün əvvəl sabiq rektor bəyan edərək bildirmişdi ki, 5 milyonluq qalmaqaldan bəhs edən videomaterial yayacaq. Amma belə bir videomaterial yayılmadı və bunun əvəzinə fərqli videogörüntülər ortaya çıxdı.

Bu məsələ ilə bağlı DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, sabiq rektorun verdiyi vədinin arxasından qaçmasının nədəni açıqlanması elan olunan videomaterialla В«vurulacaqВ» şəxslərdən biri ilə razılaşma əldə etməsilə əlaqədardır.

Xatırladaq ki, mətbuatda zaman-zaman Elşad Abdullayevin əlindəki videomateriallardan şantaj vasitəsi kimi istifadə etdiyi barədə də xəbərlər yayılıb. Və В«5 milyonluqВ» videonun açıqlanmaması faktı da bu kimi söhbətlərin əsassız olmadığın ortaya qoymaqdadır.


Geri qayıt