Əsas Səhifə > Güney Press / Araşdırma > "BOS SHELF"İN FƏHLƏLƏRİ NİYƏ ETİRAZ EDİR?
"BOS SHELF"İN FƏHLƏLƏRİ NİYƏ ETİRAZ EDİR?18-03-2013, 12:07 |
![]() Azərbaycan Dövlət Neft Şirkətinə məxsus В«Bos ShelfВ» şirkətində 2000-ə yaxın fəhlə etiraz aksiyasına başlayıb. Bu haqda AzadlıqRadiosuna şirkətdə çalışan fəhlələr məlumat veriblər. Onların sözlərinə görə, rəhbərlik qarşısında iki tələb qoyublar: əmək haqqının artırılması və tibbi sığorta ilə təmin edilmələri. Tətil martın 18-də səhər saatlarında başlanıb. Fəhlələr rəhbərliyin onlarla danışığa gəlmədiyini bildiriblər. Onlar tələbləri yerinə yetməyənə qədər tətili davam etdirəcəklərini söyləyiblər. AzadlıqRadiosunun В«Fəhlələrin tələbləri yerinə yetiriləcəkmiВ» sualına В«Bos ShelfВ» şirkətindən bildiriblər ki, rəhbərlik yerində yoxdur, az sonra əlaqə yaradın. Geri qayıt |