Əsas Səhifə > Siyasət / Manşet > MƏRDANOVUN ARDINDAN PİRVERDİYEV GEDİR

MƏRDANOVUN ARDINDAN PİRVERDİYEV GEDİR


20-04-2013, 10:14
MƏRDANOVUN ARDINDAN PİRVERDİYEV GEDİR
KİMSƏ VƏZİFƏ BAŞINDA ƏBƏDİ DEYİL, KİMSƏ VƏZİFƏDƏ QOCALMAYACAQ

DİA.AZ: - Məlum olduğu kimi, dünən prezident İlham Əliyev illərdir Azərbaycan təhsilində В«qarayaraВ»ya çevrilmiş Misir Mərdanovu təhsil naziri postundan aldı. Maraqlıdır ki, Azərbaycan təhsilinin bugünkü bərbad reallığının fonunda bəziləri Mərdanovun gedişindən sonra В«o, Azərbaycan təhsili üçün çox böyük işlər gördüВ» deyərək hər kəsi heyrətləndirməyə də macal tapdılar. Hər halda, bizlər bunu məşhur türkiyəli yazar Əziz Nesinin В«Kor eşşəyin Taxtalıköydən məktublarıВ»nda deyilən məşhur ifadə ilə eyni tutaraq, üstündən keçirik.

Xatırladaq ki, Misir Mərdanovun gedişi ilə bağlı qərarın rəsmi elanından bir gün əvvəl DİA.AZ olaraq iki nazirin əmrinin hazır olması barədə xəbər yaymışdıq və ertəsi gün Misir Mərdanov vəzifəsindən alındı. İndii sıra kimdədir?

Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, bu dəfəki dəyişiklik В«AzenerjiВ» ASC-nin rəhbərliyində olacaq: В«Etibar Pirveridyev də vəzifəsindən alınmalıdır. O da Misir Mərdanov kimi В«xortlamış məmurВ» hesab olunur. İfadə ağır olsa da, bu faktdır. Yəni vəzifə başında müddəti bitsə də, ona əlavə şanslar tanınıb. Və artıq Etibar Pirverdiyevin də əvəzlənməsi üçün münbit şərait yaranıbВ».

Mənbəmiz onu da bildirdi ki, Etibar Pirverdiyevi də postunda gənc kadr əvəz edəcək: В«Əslində son zamanlar müşahidə edirsinizsə, daha çox gənclərə üstünlük verilir. Bu da hakimiyyətin daha çevik fəaliyyətə meyilli olması ilə əlaqədardır. Köhnə eşalon getməli, yeniləri gəlməlidir. Hər kəs bunu başa düşməlidir ki, vəzifə başında əbədi deyil və kimsə vəzifə başında ömrünü başa vurmamalıdırВ».

Mənbəmizin sözlərindən o da aydın oldu ki, eyni zamanda icra strukturlarında da nəzərdə tutulan dəyişikliklər seçkilərə qədər davam edəcək.

Geri qayıt