Əsas Səhifə > Gündəm / Manşet > HAKİMİYYƏT ŞOK KADR İSLAHATLARI TƏDARÜKÜNDƏ

HAKİMİYYƏT ŞOK KADR İSLAHATLARI TƏDARÜKÜNDƏ


23-04-2013, 11:24
HAKİMİYYƏT ŞOK KADR İSLAHATLARI TƏDARÜKÜNDƏ
ƏSAS KARDİNAL İSLAHATLAR HƏLƏ İRƏLİDƏDİR: PA-DA YENİLƏNMƏ OLACAQ

DİA.AZ: - В«Misir Mərdanovun təhsil naziri postundan azad edilməsi hakimiyyət daxilində nəzərdə tutulan kardinal kadr islahatlarının start düyməsinin basılması kimi qəbul olunmalıdırВ». Bu sözləri DİA.AZ-a hökumət içindəki bilgili qaynaq verib.

Mənbə iddia edir ki, bundan sonra da islahatlar davam edəcək: В«Həqiqətən də daha bir nazirin istefaya göndərilməsi planlaşdırılır. Bu adam kənd təsərrüfatı naziri İsmət Abbasovdur. Onun vəziyyəti ağırdır və son olaraq mətbuatda açıqlanan faktlar da təsadüfi deyildi, məqsədli olaraq rəqibləri tərəfindən KİV-ə ötürüliüşdüВ».

Mənbəmiz bildirdi ki, eyni zamanda əsas dəyişikliklər Prezident Administrasiyası tərkibində həyata keçiriləcək: В«Keçən il bu istiqamətdə müəyyən addımlar atıldı və Ramiz Mehdiyevə 4 yeni müavin təyin olundu. Eyni zamanda Məhərrəm Əliyev kimi bir isim də PA-da vəzifəyə gətirildiВ».

Mənbənin sözlərinə görə, bu proses davam edəcək: В«PA-da bir çoxlarının gözləmədiyi islahatlar planlaşdırılır. Prezident öz administrasiyasında hansısa fərqli maraqlara qulluq edən bütün məmurlara В«əlvidaВ» deyəcək. Söhbətin təbii ki, nədən və kimlərdən getdiyi anlaşılırВ».

Mənbəmizə görə, Rusiya xəttinin tərəfdarlarına şok zərbələr may ayının 10-dan sonra vurulacaq.

Geri qayıt