Əsas Səhifə > Siyasət / Manşet > KEÇMİŞ İTV ŞEFİNİN QƏLƏMİNİ QIRMAYIBLARMIŞ
KEÇMİŞ İTV ŞEFİNİN QƏLƏMİNİ QIRMAYIBLARMIŞ24-04-2013, 11:35 |
![]() İSMAYIL ÖMƏROVA PA-DA YÜKSƏK VƏZİFƏ VERİLƏCƏYİ XƏBƏRİ YAYILDI DİA.AZ: - İctimai Televiziyanın Baş Direktoru vəzifəsinə seçkilərdə namizədliyini irəli sürməyincə hər kəs sabiq İTV rəhbğəri İsmayıl Ömərovun qələminin qırıldığı təsəvvürünə düşdü. Amma vəziyyət heç də belə deyilmiş. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlar tərəfindən ilginc faktlar ötürülüb. Etibarlı mənbənin verdiyi xəbərə görə, İsmayıl Ömərovun sadəcə olaraq televiziyadakı karyerası başa çatıb və onun siyasi postlara irəli çəkilməsi planlaşdırılır. Mənbənin söylədikləri: В«İsmayıl Ömərov kifayət qədər səriştəli bir telekanal işçisi olmaqla yanaşı, hakimiyyətin siyasi dəst-xəttinə hər zaman riayət etməsilə diqqətə gəlib. Təsadüfi deyil ki, məhz onun rəhbərliyi altında İTV-də seçkilər ərəfəsində keçirilən siyasi debatlar zamanı iqtidarın ümumi maraqları tam mənada ifadə olunubВ». Mənbəmiz bildirir ki, bu səbəbdən İsmayıl Ömərovun hansısa hadisənin əsas götürülməsilə qələminin qırıldığını söyləmək doğru deyil: В«Onun Prezident Administrasiyasında vəzifəyə gətirilməsi gözlənilir. Bu barədə ilkin danışıqlar da olub. Və PA-da Ramiz Mehdiyevə yaxın şəbəkənin zərərsizləşdirildiyi məqamda ilk vəzifə alanlardan biri də İsmayıl Ömərov olacaqВ». Mənbəmiz onu da əlavə etdi ki, İsmayıl Ömərova kifayət qədər ciddi vəzifə veriləcək. Geri qayıt |