Əsas Səhifə > Gündəm / Manşet > DAHA BİR İCRA BAŞÇISININ QƏLƏMİ QIRILIB

DAHA BİR İCRA BAŞÇISININ QƏLƏMİ QIRILIB


15-05-2013, 08:43
DAHA BİR İCRA BAŞÇISININ QƏLƏMİ QIRILIB
BEYLƏQANIN İCRA BAŞÇISI PA ŞEFİNİN ADAMI KİMİ DÜŞƏRGƏDƏN QOVULUR

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddiin Quliyev vəzifəsindən alınır. Amma deyəsən, Quliyev tək yola salınmayacaq.

Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən informasiyada bildirilir ki, Goranboyla yanaşı, daha bir rayonun da başçısının sərəncamı eyni gündə oxunacaq.

Mənbənin söylədikləri: В«İkinci icra başçısı Beyləqan rayonunun icra başçısıdırВ». Qeyd edək ki, Vaqif Abdullayev zaman-zaman mətbuatda ad çıxarıb və hətta bu günlərdə onun yerli sahibkarlardan biri tərəfindən döyülməsi xəbəri də yayılmışdı.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, Vaqif Abdullayev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadrı hesab olunur: В«Bir zamanlar Prezident Administrasiyasında işləyən Vaqif Abdullayev də məhz Mehdiyevin adamı olması səbəbindən iqtidar düşərgəsindən çıxdaş ediləcəkВ».

Geri qayıt