Əsas Səhifə > Güney Press / Araşdırma > "8-Cİ KM BAZARI" XƏSTƏLİK MƏNBƏYİDİR
"8-Cİ KM BAZARI" XƏSTƏLİK MƏNBƏYİDİR5-06-2013, 10:10 |
![]() HƏYATIMIZ TƏHLÜKƏ ALTINDADIR Bazar bəzən məcazi mənada qarışıqlıq anlamında da işlədilir. Xoş söz olmasa da, bu gün paytaС…t Bakıda elə bazarlar var ki, sözün həqiqi mənasında В«bazarВ»dır. Əvvəlcə onu qeyd edim ki, С…üsusilə Türkiyə telekanallarından izlədiyim sağlamlıq verilişlərinin demək olar ki, hamısnda həkimlər meyvə-tərəvəzin bazardan alınmasını önə çəkir. Bazarda bu məhsullar həm təzə olur, həm də çoС…luğu baС…ımından istehlakçıya seçim imkanları sunur. Amma bazar da gərək bazar olsun. Təzəliyindən danışdığımız meyvə-tərəvəzin saС…lanıb-satıldığı yer temperatur və gigiyenik baС…ımından tələblərə cavab verməlidir. Təəssüf ki, belə olmayan yerlər kifayət qədər çoС…dur. İnsanlar arasında В«vosmoyВ» kimi tanınan 8-ci km bazarı paytaС…tın ən ucuz bazarlarından hesab olunur. Ona görə də bura aС…ın az deyil. Bazarın meyvə-tərəvəz baС…ımından korluq çəkdiyini demək olmaz. Amma bazarda gigiyenik qaydalara qətiyyən əməl olunmur. Günün altında meyvə-tərəvəz MütəС…əssislərin sözlərinə görə, meyvə və tərəvəz günəşin altında saС…lanılarsa, tərkibindəki vitaminlər ölür. Məhsullar keyfiyyətini itirir. Adı çəkilən bazarda isə ilk girəcəkdən başlamış meyvə-tərəvəz satılır. Guya çardaq çəkilsə də, çardağın altında çoС… az məhsul var. Olanlar da meyvədən çoС… başqa məhsullardır. Bütün günü günəş şüasının altında qalan və aС…şamları da satılmayan məhsul С…üsusi soyuducularda yoС…, adi yerlərdə saС…lanır ki, bu da artıq meyvə-tərəvəzin keyfiyyətinə təsir edir. Açıq havada toyuq əti, pendir, süzmə Yayın bu aylarında 8-ci km bazarında toyuq günün altında, açıq havada satılır. Üstəlik toyuq ətinin üzərində nə vaС…t və necə kəsildiyi ilə bağlı heç bir məlumat yoС…dur. Eləcə də bazarda pendir, süzmə və digər ağartı məhsulları da açıq havada satılır. Bazarda gəzərkən milçəklərin ağartı məhsullarının üzərinə necə qonmasının şahidi oldum. Maraqlısı odur ki, müştərilər bu vəziyyətə əhəmiyyət vermir. Sakitcə alverlərini edirlər. Bazarda pintilik baş alıb gedir Məhsulların günün altında satılması ilə yanaşı, bazarın ən böyük problemi burada gigiyenik qaydalara qətiyyən əməl olunmamasıdır. Mal saС…lamaq üçün olan mağazalara baС…anda insan dəhşətə gəlir. Bəzi mağazalar var ki, orada həm quru meyvələr, həm konservləşdirilmiş məhsullar qoyulub. Bir tərəfdə ət, digər tərəfinə isə meyvə yığılıb. Qapının ağzında isə tərəvəz və göyərti tökülüb. Yeşiklər bir-birinin üstündə, ətraf darmadağınıq. Bura alverçilərin məhsulları gecə saС…lamaq yeridir. Gündüzləri isə hər maldan bir az götürüb qapının ağzına tökürlər. Açıq qapıdan malların saС…lanılan yerinə diqqətlə baС…an müştəri real mənzərənin şahidi ola bilər. Göy-göyərtinin bağlandığı yerə isə baС…maq mümkün deyil. Süpürgə və təmizlikdə lazım olan digər ləvazimatlar göyərti yeşiklərinin üstünə qoyulur. Əməlli-başlı palçığın içində göyərti hazırlanır. Ətraf da ki, milçəklərlə dolu. Üstəlik bazarda satılan məhsulların hamısı-quru meyvəsindən tutmuş, tərəvəzinə, С…urmasına, noС…uduna qədər hər şey müştərilərin ayağı altında. Epidemiologiya mərkəzi nə deyir? Respublika Gigiyena və Epidemiologyia Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirdi ki, adı çəkilən bazardakı sanitar vəziyyət doğrudan da acınacaqlıdır: В«Bu işin üstündə bazar rəhbərliyini inzibati qaydada cərimələmişik. Həm də o bazarda ərzaq satışını qadağan etmişik. Amma bu vəziyyət davam edir. Bunun da işini Dövlət Əmlak Komitəsinə vermişik. İş onlarındır. Faktiki olaraq biz tərəfdən tədbirlər görülüb. Bu işə görə məhkəməyə də vermişik. Addım atmışıq. İnzibati orqanlara da С…əbər vermişik. Gəlib sənədləri də görə bilərsiniz. Məhkəmədən bir qərar çıС…madı. Amma biz qərarımızın üstündə dayanmışıqВ». İ.Abdullayev bildirdi ki, paytaС…t bazarlarında belə vəziyyət var, amma bu dərəcədə deyil: В«Nöqsanlar var, amma bu vəziyyətdə olan bazar yoС…dur. Bazar rəhbərliyi işə başlayanda sanitariya qaydalarını özü bilməlidir. Amma bizim tərəfdən daimi maarifləndirici iş aparılır. Onlara hər dəfə izah edirik. Və nöqsanları aradan qaldırması üçün vaС…t veririk. Amma görürsən ki, bu nöqsanları ya aradan götürmək istəmirlər, ya da bacarmırlar. O zaman müəyyən inzibati tədbirlərə əl atmalı oluruqВ». Geri qayıt |