Əsas Səhifə > Ölkə / Manşet > BİNƏQƏDİDƏ В«CƏRİMƏ DƏSTƏSİВ»

BİNƏQƏDİDƏ В«CƏRİMƏ DƏSTƏSİВ»


28-12-2011, 13:22
BİNƏQƏDİDƏ В«CƏRİMƏ DƏSTƏSİВ»

SAKİNLƏR QANUNSUZ ELEKTRİK CƏRİMƏSİNƏ GÖRƏ PREZİDENTƏ ÜZ TUTDULAR

DİA.AZ: - Binəqədi rayon sakinlərinin elektrik enerjisi ilə bağlı yaşadıqları problemlər hələ də həllini tapmayıb. Keçən günlərdə də bu barədə məlumatları diqqətinizə çatdırmışdıq. Bildirək ki, ölkə prezidenti İlham Əliyevə ünvanlanan şikayət məktubunun bir nüsxəsi də redaksiyamıza daxil olub.

Şikaytəçi düşən Binəqədi sakinləri bildirirlər ki, məmur özbaşınalıqlarından artıq səbr kasaları daşıbdır: ««BakıelektrikşəbəkəВ» ASC qanunsuz olaraq Binəqədi sahibkarlarına elektrik enerjisinin qaçaq istifadəsi adı altında saxta ittiham irəli sürərək, onları külli miqdarda cərimələtdirib. Bu haqsızlıqdan hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət edən siş adamları məhkəmə yolu ilə haqlı olduqlarını sübuta yetirsələr də, özbaşınalıqlar bitmək bilmirВ».

Şikayət məktubunda bildirilir ki, məhkəmə qərarı ilə sahibkarlar barəsində verilən qanunsuz cərimələr ləğv edilmiş, əvəzində В«BakıelektrikşəbəkəВ» ASC-nin özü cərimələnib: В«Bütün bu dediklərimizi təsdiq edəcək sənədlər sırasında 1 saylı Bakı İncibati-İqtisadi Məhkəməsinin 14.09.2007-ci il tarixli qətnaməsini və 13.10.2010-cu il tarixli qətnaməsini göstərə bilərikВ».

Sakinlər bildirirlər ki, buna baxmayaraq, hələ də bu В«cərimə dəstəsininВ» üzvləri kimi tanınan Ramiz Aşurov, Mahir Abdullayev, Əli Hacıyev, Leyla Şirinova və Xalid Təhməzov öz fəaliyyətlərindədirlər: В«Onların bütün qanunsuz cərimələrinə isə rəhbərləri Elçin Sultanov şəxsən imza atıbВ».

Mövzu diqqətimizdədir.


Geri qayıt