Əsas Səhifə > Cəmiyyət / Manşet > BAŞ REDAKTORA TƏZYİQLƏR
BAŞ REDAKTORA TƏZYİQLƏR28-12-2011, 15:29 |
![]() В«GÜNDƏM XƏBƏRВ» QƏZETİNİ MALİYYƏ PROBLEMİ İLƏ ÇÖKDÜRÜRLƏR DİA.AZ: - Məlum olduğu kimi, В«Gündəm XəbərВ» qəzeti hakimiyyətin bəzi qüvvələrinin В«qara siyahısıВ»na düşən qəzetlərdən biridir və bu qəzet barəsində Vergilər Nazirliyi Audit Departamenti tərəfindən absurd 107 min manatlıq cərimə qərarı çıxarılıb. Yəni cəmi-cümlətanı 2000 tirajı olan qəzet guya, bu qədər məbləği vergidən yayındırıb. Onu da bildirək ki, qəzet yoxlanış dövrünə təsadüf edən fəaliyyəti zamanı həftə ərzində 3 dəfə satışda olub. Redaksiyadan verilən məlumatdan aydın olur ki, artıq bu gündən etibarən qəzetə qarşı təzyiqlər yenidən şiddətlənib. Məlumatda deyilir: В«107 min manatlıq absurd vergi yayınması qərarı ilə redaksiyamızın bank hesabına həbs qoyulub. Bu güdən etibarən isə dünənə qədər qəzetlə nəğd hesablaşan В«MetroservisВ» yayım firması da satışdan gələn pulun bank hesabına köçürəcəyini bildiribВ». Redaksiyadan bildirirlər ki, bu qərar əslində qəzetin çökürülməsinə hesablanıb: В«Bizim qəzet satışla dolanan qəzetdir. Və satışdan gələn gəlir barəsində həbs qərarı çıxarılmış bank hesabımıza köçürülürsə, deməli, rəsmən qəzetimizin durdurulması üçün göstəriş verilibВ». Redaksiyadan onu da bildirdilər ki, artıq В«Gündəm XəbərВ» rəhbərliyi bu qərarla bağlı etiraz addımlarının atılması barədə qərar verib: В«Biz bilmirik, kim bu qərarı verib. Amma bizim də bildiyimiz var və bu gün В«Gündəm XəbərВ» qəzetini çökdürməyə çalışanlar bilməlidirlər ki, bu yolla heç nəyə nail ola bilməyəcəklərВ». DİA.AZ-a danışan В«Gündəm XəbərВ»in rəhbəri Şirin Cəfəri onu da bildirdi ki, bu işdə Prezident Administrasiyasının şöbə müdir Əli Həsənov əsas maraqlı tərəfdir. Şirin Cəfərinin sözlərinə görə, bu günə kimi В«MetroservisВ» yayım firması ilə vəkalətnamələrlə nağd hesablaşıb: В«Əgər bu proses yanlış idisə, dünən nədən bu şəkildə hesablama həyata keçirilib? Və əgər bu addım indi atılırsa, biz təbii olaraq, artıq üzərimizə növbəti basqının start götürməsi barədə düşünmək məcbuiyyətindəyikВ». Sonda Şirin Cəfəri müstəqil və müxalif qəzetlərə də müraciət etdi: “Həmin firma artıq kimlərinsə əlində alət olub. Mən də dost qəzet rəhbərlərindən xahiş edirəm ki, bu firma ilə əməkdaşlığı durdursunlar”. Geri qayıt |