Əsas Səhifə > Gündəm / Manşet > "BANK STANDART"DA QEYRİ-STANDART TALAN SİYASƏTİ

"BANK STANDART"DA QEYRİ-STANDART TALAN SİYASƏTİ


19-08-2013, 11:54
"BANK STANDART"DA QEYRİ-STANDART TALAN SİYASƏTİ
BU BANKDA MÜŞTƏRİLƏRİ QEYRİ-ADİ YOLLARLA MÜFLİS EDƏNLƏRKİMDİR?

Bu bir reallıqdır ki, son zamanlar Azərbaycanda bəzi banklar hamıya məlum olan В«qoçu dəstələriВ», idmançı şəxslər saxlayaraq onlardan borcunu ödəyə bilməyən vətəndaşlara qarşı istifadə edirlər . Əgər müştəri kredit borcunu ödəməyi gecikdirərsə, kredit sahibi bu “qoçlarına” təlimat verir ki, gedin həmin şəxs ilə “söhbət” edin. Müştərilərdə də kredit ödənişi lə bağlı bir gün gecikdirmə baş verən kimi həmin bu “qoçlar” onların qapısının ağzını kəsdirirlər.
Mətbuatda В«Bank StandardВ»la bağlı şikayətlər səngimək bilmir. Adının açıqlanmasını istəməyən müştəri bizə В«Bank StandardВ»ın “Arena” filialından şikayətlənib.Belə ki, şikayətçi Bank Standartdan (Arena filialı) kredit götürüb. Verilən kreditdən 10% tutularaq bunun filialın rəhbərliyinə getdiyi söylənilir. Məsələn, müştəri 15.000 AZN kredit götürübsə, onun 10%-i, yəni 1500 manatı bank rəhbərliyi tərəfindən “şapka” qismində mənimsənilir. Məsələni aydınlaşdırmaq üçün В«Bank StandardВ»ın müştəri xidmətlərinə (158) zəng etdik. Filial rəhbərliyinin adını öyrənməyə çalışsaq da, operator rəhbərliyin adının açıqlanmasının mümkün olmadığının və bunun gizli saxlanıldığını bildirdi. Qeyri-dəqiq məlumatlara görə, filial müdirinin adı Fuad müəllimdir.
Vətəndaşların В«Bank StandardВ»dan şikayətlənməsinin səbəblərindən biri də bankın faiz göstəriciləridir. В«Bank StandardВ»ın rəsmi saytında kredit faizlərinə baxsaq, ən aşağı faiz göstəricisi 20%, ən yüksək isə 26% olmasını görəcəyik. Təbii ki, KİV-in demək olar ki, hər gün işlətdiyi “Avropaya inteqrasiya” sözü burada tam alt-üst olur. İlk növbədə onu deyim ki, Avropada bank faizləri Azərbaycandan ən azı iki-üç dəfə aşağıdır. Məsələn, В«Bank StandardВ»da ipoteka kreditlərinin faiz dərəcəsi 12,5 %-dir.Ancaq gəlin, baxaq görək ki, inteqrasiya olduğumuz Avropada bu faiz göstəriciləri necədir ? Avropa Birliyinə üzv ölkələrdə, Fransada 3-4 faiz, Yunanıstanda 6 faiz, Portuqaliyada 2-3 faiz, Kiprdə isə 4-5 arasındadır. Böyük Britaniyada ipoteka kreditlərinə görə faiz dərəcələri 2-7 arasında dəyişir. Özü də Britaniya banklarından böyük məbləğdə kredit götürmək istəyən şəxslər vəsaiti hansı məqsədlərə sərf edəcəyini açıqlamağa borclu deyil.
Mövzunu diqqətdə saxlayacayıq.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Rəhim Xoyski

Geri qayıt