Əsas Səhifə > Gündəm / Manşet > NƏŞRİYYAT FƏALİYYƏTİNİ DAYANDIRIR

NƏŞRİYYAT FƏALİYYƏTİNİ DAYANDIRIR


17-01-2012, 13:44
NƏŞRİYYAT FƏALİYYƏTİNİ DAYANDIRIR

HƏLƏLİK TƏMİR BƏHANƏSİ VAR, AMMA BİNANIN SATILDIĞI DEYİLİR

DİA.AZ: - Neçə-neçə qəzet redaksiyasının yerləşdiyi В«AzərbaycanВ» Dövlət Nəşriyyatı fəaliyyətini dayandırır. Bu barədə redaksiyamıza nəşriyyatdakı qaynaqlar məlumat veriblər. Mənbənin bildirdiyinə görə, artıq redaksiyalara bu barədə xəbərdarlıq edilib.

Redaksiyalar yeni illə bağlı müqavilə bağlamaq istədikdə onlara nəşriyyatın rəhbərliyi tərəfindən gözləmələri məsləhət görülüb: В«Ən azından 6-7 ay müddətinə binanın fəaliyyəti dayandırılacaq. Hələlik təmir ediləcəyini deyirlər, amma ortada fərqli fikirlər də varВ».

Xatırladaq ki, bir müdət əvvəl В«AzərbaycanВ» nəşriyyatının özəlləşdiriləcəyi ilə bağlı məlumat vermişdik. Onu da qeyd edək ki, digər cənubi Qafqaz ölkələrində bu proses həyata keçirilib və nəşriyyatın otaqları redaksiyalar tərəfindən özəlləşdirilib. Lakin Azərbaycanda nədənsə bu məsələ yubadılır.

Mənbəmizin bildirdiyinə görə, nəşriyyat özəlləşdirməyə çıxarılacan: В«Artıq binanın müştərisi də var. Binaya oliqarx-məmurlardan birinin müştəri çıxdığı məlumdur. Amma bina satıldıqdan sonra hansı məqsədlərə xidmət edəcəyi məlum deyilВ».

Onu da bildirək ki, hazırda В«AzərbaycanВ» Dövlət Nəşriyyatında В«AzərbaycanВ», В«RespublikaВ», В«Bakinski RaboçiyВ» kimi rəsmi qəzetlər, eləcə də В«AzadlıqВ», В«Gündəm XəbərВ», В«ŞərqВ», В«ƏdalətВ» və digər qəzet redaksiyaları yerləşir.

Geri qayıt