Əsas Səhifə > Sosial / Manşet > CAVİD QURBANOVUN BANKINDA MAXİNASİYALAR
CAVİD QURBANOVUN BANKINDA MAXİNASİYALAR23-01-2012, 12:06 |
![]() В«GƏNCƏBANKВ» SKB-NİN XƏTTİ İLƏ ÇİRKLİ PULLAR NECƏ YUYULUR? DİA.AZ: - Məlumdur ki, Azərbaycanda inhisar altında olmayan heç nə yoxdur. Bütün gəlirli istiqamətlər kimi, eləcə də ölkənin banrk sektoru ayrı-ayrı oliqarx məmurlar arasında bölüşdürülüb. Məsələn, В«Bank of AzerbaijanВ»ın nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu hər kəsə məlumdur. В«Bank of BakuВ», В«XalqBankВ», В«Royal Bank of BakuВ» isə məmurlarımızla İranın xüsusi xidmət orqanlarının ortaq banklarıdır (bu barədə çox ilginc faktları məşhur В«VikiliksВ» təşkilatı açıqladı). Digər banklarımız da kimlərinsə qanadları altındaır. Bu dəfə isə bizim diqqətimizi cəlb edən В«GəncəbankВ» ASC-dir. Bu barədə redaksiyamıza şikayət məktubu ilə müraciət edən bir qrup Gəncəbasar sakini bu bankın fırıldaqları ilə bağlı ilginc faktları açıqlayıblar. Məlum olur ki, kənd təsərrüfatı nazirliyinin müəyyən yüksək çinli məmurları ilə işbirliyində olan bu bankın rəhbərliyi sözügedən regionda aqrar sektorun inkişafı altında əməlli-başlı talanılıq işi ilə məşğuldurlar. Faktlardan məlum olur ki, kənd təsərrüfatı nazirliyinin xətti ilə Gəncəbasar bölgəsi rayonlarına ayrılan krediti yüksək faizlə təqdim edən В«GəncəbankВ» rəhbərliyi müştərilərdən aldığı rüşvəti KTN-dəki himayədarları ilə paylaşır. Onu da bildirək ki, bu bankla bağlı araşdırmalara start vermişik və yaxın günlərdə daha dolğun və bank sektoru adına utanc hesab olunan faktlarımızı diqqətinizə çatdıracağıq. Qeyd edək ki, "Gəncəbank" Açıq Səhmdar Cəmiyyəti 28 fevral 1994-cü ildə yaradılıb. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən 46 kommersiya bankının 45-i paytaxt Bakı şəhərində və yalnız biri - "Gəncəbank" ASC paytaxtdan kənarda, yəni Gəncə şəhərində yerləşir. Bu isə o deməkdir ki, barəsində danışdığımız bank В«gözdən-könüldən iraqВ», yəni paytaxtdan kənar yeganə bankdır. Bəlkə elə buna görədir ki, bu gün bu bankın xətti ilə həyata keçirilən maliyyə fırıldaqları bu çağacan yetərincə işıqlandırılmayıb. Bu barədə redaksiyamıza məlumat verən qaynaq bildirir ki, əslində səhmlərinin 96 faizi fiziki şəxslərə məxsus olan В«GəncəbankВ» В«AzəravtoyolservisВ» ASC-nin prezidenti Cavid Qurbanova məxsusdur. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla sıcaq əlaqələri hesabına Cavid Qurbanov В«GəncəbankВ»da həm də В«obnaliçkaВ» əməliyyatlarını da həyata keçirir. Mənbəmiz bildirir ki, əslində paytaxtdakı bankların çirkli pulların yuyulmasında iştirakı çətinləşsə də, В«GəncəbankВ»da bu məsələ çox asandır: В«Bu işdə birbaşa olaraq Elman Rüstəmovun özü də maraqlıdır. Elə buna görə də belə bir qənaət var ki, əslində В«GəncəbankВ» məhz çirkli pulların yuyulması üçün saxlanılırВ». Mənbəmiz onu da bildirdi ki, amma son zamanlar Cavid Qurbanovun hakimiyyət daxilindəki mövqeləri zəiflədiyindən В«GəncəbankВ»ın işləri də qaydasında deyil: В«Hətta bu bankın əli ilə həyata keçirilən maliyyə ırıldaqlarının müvafiq dövlət qurumları tərəfindən araşdırıldığı xəbəri də iqtidar dəhlizlərində dolaşmaqdadırВ». Araşdırmalarımız davam edir. Bizi izləyin… Geri qayıt |