Əsas Səhifə > Cəmiyyət > HAKİMİYYƏT DAHA BİR MEQA-LAYİHƏYƏ İMZA ATIR

HAKİMİYYƏT DAHA BİR MEQA-LAYİHƏYƏ İMZA ATIR


24-01-2012, 16:32
HAKİMİYYƏT DAHA BİR MEQA-LAYİHƏYƏ İMZA ATIR

BAKIDA 1 KİLOMETRDƏN UZUN BİNA TİKİLİR

Xəzərdə yeni yaşayış və biznes kompleksi – В«Khazar IslandВ» layihəsini həyata keçirən В«AvestaВ» konserni burada tikiləcək hündür bina ilə bağlı planlarını dəyişib.

Belə ki, layihə çərçivəsində inşa ediləcək В«Azərbaycan qülləsiВ»nin (В«Azerbaijan TowerВ») hündürlüyü 1 kilometrdən artıq olacaq ki, bu da dünyanın ən hündür qülləsi deməkdir. Bu barədə В«APA-ECONOMICSВ»ə konsernin prezidenti Hacı İbrahim Nehrəmli bildirib.

Qeyd edək ki, bundan əvvəlki eskizlərdə В«Azərbaycan qülləsiВ»nin mərtəbələrinin sayı 185, hündürlüyü 560 metr nəzərdə tutulurdu. Amma sonradan şirkət rəhbərliyi bu layihənin dəyişdirilərək Bakıda dünyanın ən hündür qülləsinin tikilməsini qərara alıb.

İ.Nehrəmlinin sözlərinə görə, yeni binanın hündürlüyü 1 050 metr olacaq. Bununla da В«Azerbaijan TowerВ» ötən il Dubayda istifadəyə verilən və dünyanın ən hündür binası sayılan В«Bürc XəlifəВ»dən təqribən 200 metr, Səudiyyə Ərəbistanının Ciddə şəhərində tikilməsi nəzərdə tutulan В«Kingdom TowerВ» qülləsindən 50 metr hündür olacaq.

Artıq В«AvestaВ» konserninin rəhbərliyi bu binanın tikintisini В«Bürc XəlifəВ»ni inşa etmiş şirkətlərlə də müzakirə edib. İ.Nehrəmlinin sözlərinə görə, В«Azerbaijan TowerВ»in tikintisinə В«Khazar IslandВ» layihəsinin II mərhələsi çərçivəsində başlanacaq və bina 2018-2019-cu illərdə istifadəyə veriləcək.


Geri qayıt