Əsas Səhifə > Cəmiyyət > В«AMNESTY INTERNATIONALВ» DA FRANSANI QINADI

В«AMNESTY INTERNATIONALВ» DA FRANSANI QINADI


25-01-2012, 15:46
В«AMNESTY INTERNATIONALВ» DA FRANSANI QINADI

“BU, SÖZ AZADLIĞINA TƏHLÜKƏDİR”

В«Fransa Senatının erməni soyqırımı iddialarını inkar etməyə görə cəzalar nəzərdə tutan qanunu söz azadlığını pozurВ». Bunu В«Amnesty InternationalВ» hüquq-müdafiə təşkilatı deyir.

В«Fransada 2001-ci ildə qəbul olunmuş qanuna görə, ermənilərin 1915-ci ildə Osmanlı İmperiyasından qovulması və kütləvi qətli soyqırımıdır. Yeni qanun ictimai müzakirələrə ağır zərbədir və Fransanın söz azadlığına dair beynəlxalq öhdəliklərinə ziddirВ», - deyə В«Amnesty InternationalВ»ın Avropa və Orta Asiya üzrə direktoru Nicola Duckworth bildirib.

O qeyd edib ki, insanlar Fransada, Türkiyədə və hər yerdə bu məsələ ilə bağlı fikirlərini azad ifadə etməlidirlər:

В«Avropa İnsan Haqları Məhkəməsi dönə-dönə bildirib ki, söz azadlığı təkcə təhqirdən kənar ideyalara aid deyil. O, dövləti yaxud əhalinin istənilən təbəqəsini incidən, təhqir və narahat edən məsələlərə də aiddirВ».


Geri qayıt