Əsas Səhifə > Ölkə / Manşet > YAP DAXİLİNDƏ YENİ ÇAXNAŞMA
YAP DAXİLİNDƏ YENİ ÇAXNAŞMA14-02-2012, 16:17 |
![]() 500 YAP-ÇI FƏALIN SIRASINA QOŞULMAQ ÜÇÜN AMANSIZ MÜBARİZƏ GEDİR DİA.AZ: - Hakim partiya içində yeni bir qalmaqal yaranıb. Bu barədə məlumatı redaksiyamıza Yeni Azərbaycan Partiyasındakı qaynaqlar ötürüb. Mötəbər mənbənin bildirdiyinə görə, Prezident Administrasiyasından hakim partiyanın Mərkəzi Aparatından əsasən rayondakı fəal YAP-çıların siyahısının tutulması istənilib. В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) ötürülən məlumatda bildirilir ki, PA-dan belə bir siyahının istənilməsinin dəqiq nədənləri məlum olmasa da, belə bir ehtimal var ki, fəal və sədaqətli YAP-çıların siyahısının tutulmasında məqsəd onların gələcəkdə hansısa görəvlərə irəli sürülməsində istifadə edilə bilər. Bu barədə mənbəmizin söylədikləri: В«Elə buna görə də YAP daxilində bir çaxnaşma var. Siyahının hazırlanması prosesinə rəhbərlik edən YAP-ın icra katibi Əli Əhmədov sanki bütün YAP-çıların gələcəyini həll edirmiş kimi davranırВ». Mənbəmiz bildirir ki, siyahının tutulmasında kifayət qədər müstəqil olan YAP-ın mərkəzi aparatı əslində həm də gələcək məmurları müəyyən etdiyindən hətta adlarını siyahıya saldırmaq istəyən bəzi hakim partiya üzvləri külli miqdarda pul verməyə belə hazırdırlar: В«Amma bir daha vurğulamaq lazımdır ki, siyahının hansı məqsədlə hazırlandığı, yəni hansı yöndə istifadə ediləcəyi hələlik məlum deyilВ». Mənbəmiz onu da bildirdi ki, artıq təxminən 500-ə yaxın YAP fəalının adının yer aldığı siyahının ilkin variantı hazırdır və yaxın günlərdə bəzi dəyişikliklərdən sonra siyahının Prezident Administrasiyasına təqdim edilməsi planlaşdırılır. Geri qayıt |