Əsas Səhifə > Cəmiyyət > NEFTİMZİN PULLARI HARA GEDİR?
NEFTİMZİN PULLARI HARA GEDİR?6-03-2012, 12:48 |
![]() ƏN HÜNDÜR BİNANIN İNŞASINA 2 MİLYARD DOLLAR AYRILIR Bakı şəhəri yaxınlığında, Xəzər dənizində salınan yeni şəhər - В«Khazar IslandsВ»da tikintisi nəzərdə tutulan 1 050 metr hündürlüyü olan В«Azerbaijan TowerВ» (В«Azərbaycan QülləsiВ») bina kompleksinin inşası 2 mlrd. ABŞ dollarına başa gələcək. Bu barədə В«APA-ECONOMICSВ»ə В«Khazar IslandsВ» layihəsini inşa edən В«AvestaВ» konserninin prezidenti Hacı İbrahim Nehrəmli bildirib. Onun sözlərinə görə, binanın memarlıq layihəsi artıq hazırdır, onun konstruksiya hissəsini ABŞ, Britaniya və Hollandiya şirkətləri birlikdə hazırlayacaq: В«Bizim hesablamalarımıza görə, binanın tikintisi təqribən 2 mlrd. dollara başa gələcəkВ». Ümumi sahəsi 1 mln. kv. metr olacaq В«Azerbaijan TowerВ» konstruksiyanın möhkəmliyini təmin etmək məqsədi ilə müxtəlif mərtəbəli 7 binadan ibarət olacaq. Burada mənzil, otel, ofis sahələri və s.-nin olması nəzərdə tutulub. Xatırladaq ki, bununla da В«Azerbaijan TowerВ» ötən il Dubayda istifadəyə verilən və dünyanın ən hündür binası sayılan В«Bürc XəlifəВ»dən təqribən 200 metr, Səudiyyə Ərəbistanının Ciddə şəhərində tikilməsi nəzərdə tutulan В«Kingdom TowerВ» qülləsindən 50 metr hündür olacaq. Qeyd edək ki, В«Khazar IslandsВ» layihəsinin icrası ümumilikdə təqribən 100 mlrd. dollara başa gələcək. Geri qayıt |