Əsas Səhifə > Cəmiyyət > "MUR AY"IN QURBANLARI YENİDƏN QURBANA ÇEVRİLİR

"MUR AY"IN QURBANLARI YENİDƏN QURBANA ÇEVRİLİR


27-03-2012, 17:09
"MUR AY"IN QURBANLARI YENİDƏN QURBANA ÇEVRİLİR

BU DƏFƏ ONLARI "ŞƏRURLU İSFƏNDİYAR" ALDADIR

Saytımıza daxil olan məlumatlara əsasən tikinti biznesində böyük nifuz sahibi olan В«Şərurlu İsfəndiyarВ» kimi tanınan İsfəndiyar Axundov vətəndaşları təhdid edir. Belə ki, bir qədər əvvəl В«Mur AyВ» tikinti şirkəti tərəfindən aldalılan yüzlərlə sakinə dəymiş ziyanın В«Şərurlu İsfəndiyarВ»a məxsus В«ŞərurВ» MTK tərəfindən ödənilməsinə qərar verilmişdi.

Məlumatlara görə, bu göstəriş dövlət başçısı tərəfindən verilibmiş. В«Mur AyВ» tərəfindən aldalılan vətəndaşlar ödədikləri pulun müqabilində В«ŞərurВ» MTK-dan mənzil almalı idilər. Ziyanı ödəmək məqsədilə В«ŞərurВ» MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi də ayrılmışdı. В«Mur AyВ» ın aldalılmış qurbanları ödədikləri pulun müqabilində mənzillə təmin edilməli idilər. Lakin uzun müddət keçməsinə baxmayaraq vətəndaşlar hələ də mənzillə təmin edilməyiblər. Onların mənzillə təmin edilməmələri bir yana, nəzərdə tutulmuş mənzillərin tikintisi də yetərincə həyata keçirilməyib. Məlumatlara əsasən vətəndaşlar aylardır ki, nəzərdə tutulmuş tikinti işlərinin aparılmamasını görüb pullarını geri istəmək məcburiyyətində qalıblar.

Elə şikayətlər də məhz bununla bağlı ortaya çıxıb. В«Mur AyВ» tərəfindən aldadılmış sakinlərdən biri deyir ki, onlar pullarını geri istəyəndə В«ŞərurВ» MTK-nın sahibi İsfəndiyar Axundov onlara rəsmi sənədlərdə ödədikləri pulun yarısını verir. Konkret olaraq В«gundeminfoВ»ya müraciət edən sakin deyir ki, o mənzil almaq üçün В«Mur AyВ»a 15 min manat pul ödəyib. Bununla bağlı olaraq əlində konkret sənədlərin olmasına baxmayaraq İ.Axundov şəxsən pulun geri istəyən vətəndaşları qəbul edib və ona da 6500 manat pul verib. Amma vətəndaşlar aldıqları pula yox, В«Mur AyВ» a ödədikləri pula imza atırlar.

Şikayətlə bağlı İsfəndiyar Axundovun mövqeyini öyrənə bilmədik. /gundeminfo.az/


Geri qayıt