Əsas Səhifə > Dünya > QADIN JURNALİST HÜCUMA MƏRUZ QALIB
QADIN JURNALİST HÜCUMA MƏRUZ QALIB5-04-2012, 13:26 |
![]() MİLAŞİNA HƏR ZAMAN MÜXALİF MÖVQEYİ İLƏ SEÇİLİB Rusiyanın В«Novaya qazetaВ» gündəlik qəzetinin əməkdaşı Elena Milaşina hücuma məruz qalıb. O, rəfiqəsi ilə birlikdə döyülüb və soyulub. Hadisə aprelin 5-nə keçən gecə baş verib. Milaşina Facebook səhifəsində yazıb ki, rəfiqəsi ilə işdən evə qayıdarkən naməlum şəxslərin В«qəzəbliВ» hücumuna məruz qalıblar. Milaşinanın sözlərinə görə, onu başı və sifətindən vurub, yumruqlayıblar, dişlərini sındırıblar. Hadisə yerinə sonradan gəlmiş polisdənsə heç bir kömək olmayıb. Milaşina В«Human Rights WatchВ» tərəfindən Rusiyada insan hüquq pozuntularını işıqlandıran jurnalist olaraq mükafatlandırılıb. O, Rusiyada qətlə yetirilmiş jurnalist Anna Politkovskayanın rəfiqəsi və Çeçenistan hüquq müdafiəçisi Natalya Estemirovanı görən sonuncu şəxslərdən idi. Geri qayıt |