Əsas Səhifə > Ölkə / Manşet > ZİYA MƏMMƏDOVA QARŞI ÜSYAN PLANI
ZİYA MƏMMƏDOVA QARŞI ÜSYAN PLANI26-04-2012, 13:49 |
![]() NAZİRİN VERDİYİ VAXT BİTMƏK ÜZƏRƏDİR; TAKSİÇİLƏR DƏ HAZIRLANIR DİA.AZ: - Məlum olduğu kimi, nəqliyyat naziri Ziya Məmmədov köhnə sovet maşınları ilə taksi xidməti göstərən sürücülərə 1 may tarixinə qədər müddət tanıyıb. Və artıq həmin müddətin dolmasına az qalıb. Və bütün gözlər həmin tarixdə baş verəcək hadisələrin intizarındadır. Bununla bağlı DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbələrdən daxil olan məlumatda isə bildirilir ki, yaranacaq situasiyadan Ziya Məmmədovun rəqibləri istifadə etmək niyyətindədirlər: В«Məlumdur ki, taksi sürücüləri hələ qərarın ilk verildiyi ərəfədə çox ciddi müqaviməti ortaya qoydular və davamlı olaraq keçirilən etiraz aksiyaları öz bəhrəsini verdi. Nəqliyyat Nazirliyi sürücülərə daha 5 aylıq müddət tanıdıВ». Yenə də oxşar aksiyalara tədarük görüldüyünü bildirən mənbəmizin sözlərindən belə aydın olur ki, bu dəfə Ziya Məmmədovun rəqibləri taksi sürücülərini əməlli-başlı təşkilatlandırmaqla məşğuldurlar: В«Hətta konkret sürücü qrupları da yaradılıb ki, həmin qruplar nazirlik hərəkətə keçdiyi andan etibarən davamlı aksiyalar təşkil edəcəklərВ» Mənbəmizin sözlərindən o da aydın oldu ki, bu işin təşkilatçıları da elə hakimiyyətin öz içində qərarlaşıb: В«Hətta taksi sürücülərinin qrup rəhbərlərinə aksiyalar üçün vəsait də ayrılıb. Çox ciddi pullar xərclənəcək. Başlıca məqsəd isə Ziya Məmmədovu istefaya göndərməyə nail olmaqdırВ». Geri qayıt |