Əsas Səhifə > Ölkə > MƏTBUAT KONFRANSINDA DAVA DÜŞDÜ

MƏTBUAT KONFRANSINDA DAVA DÜŞDÜ


22-05-2012, 12:37
MƏTBUAT KONFRANSINDA DAVA DÜŞDÜ

В«DEMOKRATİYA NAMİNƏ OXUВ»DA QALMAQAL

В«Demokratiya naminə oxuВ» (В«Sing for DemocracyВ») kampaniyasının mətbuat konfransında qalmaqal baş verib.

Mayın 22-də keçirilən mətbuat konfransında RATİ-nin rəhbəri Emin Hüseynli, hüquq müdafiəçisi Leyla Yunus çıxış edib. Onlar bildiriblər ki, ölkədə çoxsaylı insan haqlarının pozulması halları baş verib və bunun səbəbkarı ölkə prezidenti İlham Əliyevdir.

Tədbirdə evləri sökülən sakinlər və digər insan haqları ilə bağlı problemlərin əks olunduğu film də nümayiş olunub.

Mətbuat konfransında iştirak edən В«Xalq qəzetiВ», В«SəsВ» və В«İki sahilВ» qəzetlərinin əməkdaşları isə çıxışçıların sözlərini kəsib onları yalan danışmaqda suçlayıb. Onlar mətbuat konfransına qatılan xarici jurnalistlərə xitabən deyiblər: В«Demokratiya naminə oxuВ» kampaniyasının təşkilatçıları hakimiyyətə qarşı qərəzli münasibət göstərir və ölkə rəhbərliyi Azərbaycanda demokratik şəraiti təmin edir, insan haqlarına hörmət göstərilirВ».

В«Sing for DemocracyВ» kampaniyası Azərbaycanın 2011-ci il В«EurovisionВ» mahnı yarışmasındakı qələbəsindən 2 ay sonra 30-dan artıq yerli hüquq müdafiə təşkilatı tərəfindən başlanılıb.

Məqsəd beynəlxalq musiqi yarışmasından istifadə edib diqqəti Azərbaycandakı insan haqlarının durumuna cəlb etməkdir. / Azadlıq Radiosu /


Geri qayıt