Əsas Səhifə > Siyasət / Manşet > YEVLAXIN İCRA BAŞÇISI AYLIQ XƏRAC YIĞIR

YEVLAXIN İCRA BAŞÇISI AYLIQ XƏRAC YIĞIR


4-07-2012, 13:22
YEVLAXIN İCRA BAŞÇISI AYLIQ XƏRAC YIĞIR

QOCA SƏMƏDOVA BU İŞDƏ ƏN ETİBARLI ADAMI ƏLALTILIQ ETMƏKDƏDİR

DİA.AZ: - Elmar Vəliyevin Gəncə şəhər icra hakimiyyəti başçısı postuna təyin edilməsinin ardından Yevlax rayonuna rəhbər göndərilən Qoca Səmədov bu vaxta qədər özünü sakit birisi kimi təqdim etməyə çalışsa da, əslind bunun belə olmadığı son baş verən olaylarla da təsdiqlənməkdədir.

Rayondakı qaynaqların bildirdiyinə görə, Elmar Vəliyevin dövründə Yevlaxda əməlli-başlı quruculuq işləri həyata keçirilsə də, Qoca Səmədov bu günə kimi daş üstünə daş qoymayıb. Əksinə, Elmar Vəliyevin dövründə inşa edilən tikililəri sökməklə məşğuldur. Təbii ki, digər ünvanlarda olduğu kimi Yevlaxda da söküntü üçün əsas bəhanə məhz pultoplama kampaniyasıdır.

YEVLAXIN İCRA BAŞÇISI AYLIQ XƏRAC YIĞIR

Bu barədə redaksiyamıza məlumatı verən Yevlaxdakı sahibkarlardan biri vurğulayır ki, son günlər onların da rayonunda icra başçısı tərəfindən pul toplama kampaniyası başlayıb: В«Hər bir sahibkara əlindəki biznesinin miqyasına uyğun olaraq В«başçının aylıq puluВ» müəyyən edilib. Bu pulu isə Zahid Qarayev şəxsən yığır. O, hazırda başçının bir nömrəli adamı hesab olunmaqla yanaşı, rəsmi vəzifəsi Şəhər İcra Hakimiyyəti Başçısının köməkçisidirВ».

Mənbəmizin bildirdiyinə görə, hətta sahibkarların korrupsiyaya qarşı mübarizə idarəsinə etdikləri müraciətlər də qulaqardına vurulur: В«Dəfələrlə KMİ-yə, В«qaynar xəttВ»ə şikayətlər etsək də, hələlik bir reaksiya yoxdur. Hətta icra başçısı bu şikayətlərimizə gülərək deyir ki, ona kimsə toxunmayacaq. Bizə dedi ki, В«harda görünüb, icra başçısını həbs edələr, ağlınızı başınıza yığınВ». Biz də təbii ki, onun qoyduğu aylıq haqqı çatdırmaq məcburiyyətindəyikВ».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt