Əsas Səhifə > Güney Press / Araşdırma > RAMİZ MEHDİYEVƏ QARŞI HƏRƏKƏTLƏNMƏ
RAMİZ MEHDİYEVƏ QARŞI HƏRƏKƏTLƏNMƏ7-07-2012, 14:21 |
![]() ƏSƏDULLA QURBANOV В«91-LƏRВ»İ BAŞINA TOPLAYIR 1993-cü ildə mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsində müstəsna xidmətləri olmuş, məşhur В«91-lərВ» yenidən və daha aktiv şəkildə təşkilatlanmaya başlayırlar. Bu barədə GUNDEMİNFO.AZ –a verilən məlumata görə, artıq В«91-lərВ»dən olan Əsədulla Qurbanov narazıları bir yerə toplamaqla bağlı ilkin danışıqlar aparıb və xeyli sayda adamın yenidən bir yerjdə olmalarını təşkil edə bilib. Məlumatlara görə, Ə.Qurbanovun bu təşəbbüssünə ilk olaraq müsbət cavab verən şəxs Sirus Təbrizli olub. Daha sonra isə digər В«91-lərВ» də prossesə qoşulublar. İlk kiçik təşəbbüs toplantısı isə В«ÇanaqqalaВ» restoranında baş tutub.Məkanı isə təklif edən Sirus Təbrizli olub. Xəbəri dəqiqləşdirmək üçün Əsədulla Qurbanovla əlaqə yaradan saytımıza yaxın dostlarımız təsdiq cavabı alsalar da, В«91-lərВ» in yenidən toplanması ilə bağlı olaraq hər hansı ətraflı məlumat vermək istəməyib. Ə.Qurbanov sadəcə olaraq В«biz həqiqi В«91-lərВ»i bir yerə yığırıqВ» deməklə kifayətlənib. Aldığımız məlumatlara görə, yeni yaranacaq birlik ilk olaraq dövlət başçısı İlham Əliyevə dəstək bəyanatı verəcək. Bunun ardından isə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin postundan uzaqlaşdırılmasıyla bağlı olaraq müraciət də edəcəklər. Əlavə edək ki, hazırda hakimiyyətdə təmsil olunmayan və narazı olan xeyli sayda В«91-lərВ» var ki, onların da çoxu Ramiz Mehdiyev tərəfindən sıxışdırıldıqlarını iddia edirlər. Xatırladaq ki, iki gün öncə Ziyalılar Forumu da dövlət başçısına müraciət edərək Ramiz Mehdiyevin uzaqlaşdırılmasını istəmişdilər. Xəbərlə bağlı ətraflı məlumat yaxın günlərdə veriləcək. Geri qayıt |