Əsas Səhifə > Siyasət / Manşet > NN ŞEFİ ROBERT ƏYYUBOVDAN GİLEYLƏNİB
NN ŞEFİ ROBERT ƏYYUBOVDAN GİLEYLƏNİB1-08-2012, 12:48 |
![]() NAZİR В«LONDON TAKSİLƏRİВ» İLƏ BAĞLI MÜZAKİRƏDƏ ŞOK İAFDƏ İŞLƏDİB DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovun В«London taksiləriВ»nə olan ümidinin puça çıxmasını dəfələrlə vurğulamışıq. DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbələrdən daxil olan bu informasiya da, sözügedən qənaəti daha da oturuşmuş edir. Redaksiyamıza bildirilənə görə, Ziya Məmmədovun taksi siyasətinin iflası bu günlərdə hökumət tərəfindən müzakirə olunub: В«Maraqlıdır ki, nazirin də qatıldığı toplantıda əksəriyyət В«London taksiləriВ»nin uğursuz sonluğunu etiraf ediblərВ». Mənbəmiz bildirir ki, toplantı NN-nin binasında olsa da, həm NK-dan və həm də Prezident Administrasiyasından nüma yəndələr iştirak edib. Lakin maraqlısı heç də bu deyil. Mənbəmiz iddia edir ki, toplantının öz əleyhinə çevrildiyini görən Ziya Məmmədov В«qonaqlarınВ» iradlarının qarşısında В«təbii səbəbləriВ» açıqlayıb: В«Nazir konkret ad çəkməsə də, bəzilərinin hələ də NN-nin işinə burun soxduğunu söyləyibВ». Onu da qeyd edək ki, nazirin burada kimi nəzərdə tutduğunu söyləyə bilməsək də, yalnız onu xatırladırıq ki, Ziya Məmmədovun В«Bakının taksi rəngi bənövşəyidir, başqa rəngdə taksi olmayacaqВ» hökmünün Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov tərəfindən darmadağın edildiyini hər kəs yaxşı bilir. Geri qayıt |