Əsas Səhifə > Reklam / Güney Press > Ekspert Elnur Fərzəliyev Rieltor kursları açdı
Ekspert Elnur Fərzəliyev Rieltor kursları açdıBu gün, 09:11 |
Bu gün ölkəmizdə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan minlərlə şəxslər var. Bu sahədə çalışanlara makler, əmlakçı rieltor və bir çox terminlərlə müraciət edirlər. Lakin dünya təcrübəsində daşınmaz əmlakın alqı satqısı, kirayəsi və digər xidmətləri göstərən sahənin adı Rieltor sahəsidir. İnkişaf etmiş bütün ölkələrdə bu peşə ən prestijli və gəlirli sahələrdən biridir. Təəssüflər olsun ki ölkəmizdə bu sahənin pedaqoji tərəfi olmadığı üçün bu işi bilən və bilməyən hər kəs bu sahə ilə məşğul ola bilir. Qeyri peşəkarların bu sahədə fəaliyyət göstərməsi nəticə etibarilə əksər hallarda həm onların, həmdə onlara müraciət edən müştərilərin zərər görməsi ilə nəticələnir. Peşəkar rieltor bu sahənin həm hüquqi tərəfini bilməli, bazar araşdırmasını bacarmalı, qiymətləndirmə və digər vacib amilləri öyrənməlidir. Təsisçisi olduğum Bakı Beynəlxalq Təlim Tədris Mərkəzində Rieltor kurslarını açmağımda əsas məqsədim ölkəmizdə peşəkar Rieltorlar yetişdirmək, onların sayəsində daşınmaz əmlak alan, satan, kirayəyə götürən şəxslərə peşəkar xidmətlərin göstərilməsi və bu yolla xarici investorların ölkəmizin daşınmaz əmlak sahəsinə cəlb etməkdir. Həmçinin Rieltor fəaliyyəti ilə aktiv məşğul olan şəxslər də kurslarımıza qoşularaq bu sahədə öz bilgilərini artıra bilərlər. ✅ Əmlak bazarında peşəkar olmaq istəyirsiniz? ? Sizin üçün nəzərdə tutulan kurslarda öyrənəcəksiniz: ? Təlimi sahəsində təcrübəli mütəxəssislər aparır. ? Ətraflı məlumat və qeydiyyat üçün: Peşəkar rieltor karyeranıza bizimlə başlayın! Geri qayıt |