Əsas Səhifə > Reklam / Güney Press / Üst manşet > AZERCEL: Müştəri oğurlayır, amma...

AZERCEL: Müştəri oğurlayır, amma...


Bu gün, 09:33

"Bir həftədir nömrəmi Bakcell-dən Azercellə daşınma ediblər. Səbinə adında bir xanım oturduğum yerdə mənə zəng etdi ki, bəs ay müəllim nömrənizi Azercellə daşıyaq ? Filan filan şərtlər əsasında mən də dedim hə sərf edir daşıyın. O gün bu gün nömrəyə Azercell abunəçilərindən başqa heç kim zəng edə bilmir, edənlərə nömrəmin işləmədiyi barədə məlumat verilir avtomatik olaraq..." "DİA-AZ" xəbər verir ki, bu barədə Orxan  adlı sosial şəbəkə istifadəçisi özünün "facebook" hesabında yazıb.
Narazı vətəndaş daha sorna belə davam edir: "Bir həftədir hər gün operatoru yığıram bir həftədir deyir ki, texniki şöbə bu problem üzərində işləyir. Sanki bilə bilə bu cür edirlər ki, insanlar hamısı Azercelldən istifadə etsin?
Buradan eyni zamanda "Bakcell" və "Nar" şirkətlərinə də müraciət edirəm.
Digər mobil operatorlara ona görə müraciət edirəm ki, sizin də hüququnuz tapdalanır sizin abunəçiləriniz işlək nömrəyə zəng edə bilmir..."

Geri qayıt