Əsas Səhifə > Reklam / Güney Press > Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslərin CƏDVƏLİ
Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslərin CƏDVƏLİ6-03-2026, 18:42 |
|
Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb (bütün saatlar yerli vaxtla qeyd edilib). Bu barədə "DİA-AZ"a AZAL-dan bildirilib. Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır: • sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı; • üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər. Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq. Geri qayıt |