Əsas Səhifə > Reklam / Güney Press > Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var...
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var...Bu gün, 15:00 |
|
"Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncama əsasən, ölkənin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib. Təltif olunanlar sırasında Şirkətlər Qrupumuza daxil olan “Veysəloğlu Distribusiya” MMC-nin İdarə Heyətinin sədri Allahverdi Bəxtiyar Adil oğlu da yer alıb". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə qurumun mətbuat xidmətinin rəhbəri Məhəmmədəli Qəribli çıxış edib.
Açıqlamada daha sonra qeyd olunur: "Bu yüksək dövlət mükafatı Bəxtiyar Allahverdinin uzunmüddətli səmərəli fəaliyyəti, sahibkarlıq sahəsində əldə etdiyi uğurlar və ölkə iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfənin göstəricisidir.
Veysəloğlu Şirkətlər Qrupu olaraq, Bəxtiyar müəllimin bu dövlət mükafatına layiq görülməsini böyük qürur hissi ilə qarşılayır, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq..."
Geri qayıt |