Əsas Səhifə > Reklam / Güney Press > AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib


Bu gün, 15:23

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bu barədə "DİA-AZ"a AZAL-dan məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində tərəflər arasında uzunmüddətli strateji əməkdaşlıq perspektivləri, xüsusilə texniki ixtisaslar üzrə insan kapitalının inkişafı, sənaye–təhsil inteqrasiyasının gücləndirilməsi və innovativ təşəbbüslərin birgə icrası müzakirə olunub.

Hədəf əmək bazarının tələblərinə uyğun, yüksək ixtisaslı kadrların hazırlanmasına sistemli töhfə verməkdir.


Geri qayıt