Əsas Səhifə > Üst manşet, Güney Press > Ağdam təhsilində biabırçılıq DAVAM EDİR...
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR...Bu gün, 09:44 |
![]() Ağdam rayonunun Sulu kənd sakini Azər Allahverdiyev Ağdam rayon Soltanbud kənd tam orta məktəbindən şikayətçidir. "DİA-AZ" xəbər verir ki, onun iddiasına görə, sözügedən təhsil müəssisəsinin drektoru Xatirə Məmmədova məktəbdə necə deyərlər at oynadır. Belə ki, vətəndaş deyir ki, həftəiçi dərs saatlarında məktəbə övladına baş çəkib dərsləri ilə maraqlanmaq istəyəndə gözətçi onu binaya buraxmır. Allahverdiyev deyir ki, özbaşnalıq bununla bitsə, dərd yarıdır, onun məktəbin həyətinə belə girməyə icazə vermirlər. Azər Allahverdiyev iddia edir ki bütün bu qadağalar məktəbdəki özbaşnalıqları çəkib sosial şəbəkələrdə yayımladığı üçün birbaşa drektor Xatirə Məmmədova tərəfindən qoyulub. Məktəbdə təhsilin səviyyəsinin çox aşağı olduğunu, bəzi hallarda isə müəllimlərin dərs zamanı sinifdə olmadığını deyən Allahverdiyev Təhsil Nazirliyinə və aidiyyatı qurumlara müraciət edərək sözügedən məktəbin ciddi araşdırılmasını xahiş edir. Geri qayıt |