Əsas Səhifə > Üst manşet / Güney Press > Ordubad rayonunda ŞÜBHƏLİ TENDERLƏR
Ordubad rayonunda ŞÜBHƏLİ TENDERLƏRBu gün, 05:50 |
Son üç ayda Ordubad Rayon İcra Hakimiyyəti və ona bağlı qurumlar ümumilikdə 5.329.162,09 manat dəyərində satınalma müqavilələri bağlayıb. Tenderlər əsasən kənddaxili avtomobil yollarının əsaslı təmiri və müxtəlif avadanlıqların alınması ilə bağlı olub. 32gun.az xəbər verir ki, qaliblərdən biri cəmi 5 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərir, digərinin isə 10 manat nizamnamə kapitalı var. Tender qalibləri və müqavilə detalları: "TESTTECH" MMC Satınalma: Maşın və avadanlıqların alınması Məbləğ: 48.545,2 AZN Başlama tarixi: 19.05.2025 Şirkətin qanuni təmsilçisi Amid Ağayev Ağalar oğlu, nizamnamə kapitalı isə cəmi 5 AZN təşkil edir. "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC Satınalma: Kənddaxili yolların əsaslı təmiri Ümumi məbləğ: 5.215.480,89 AZN (3 tender üzrə) Gənzə və Anabad kənd yolları – 2.768.677,2 AZN Qoşa Dizə və Kələntər Dizə yolları – 1.246.538,69 AZN Aza və Darkənd yolları – 1.200.265 AZN Başlama tarixləri: 05.03.2025 və 04.04.2025 Şirkətin qanuni təmsilçisi Cəfər Muxtərov Məhərrəm oğludur. MMC-nin nizamnamə kapitalı 1400 AZN-dir. Hazırda şirkətin 21.599,98 AZN vergi borcu mövcuddur. CASPIAN SUPPLIES AZE" MMC Satınalma: Maşın və avadanlıqların alınması Məbləğ: 65.136 AZN Başlama tarixi: 10.03.2025 Şirkətin qanuni təmsilçisi Tariyel Vahabov Tofiq oğludur. Nizamnamə kapitalı cəmi 10 AZN-dir. Xatırladaq ki, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimlidir. Maliyyə gücü və hüquqi statusu zəif olan şirkətlərin bu qədər böyük dövlət sifarişlərini qazanması, həmçinin vergi borcu olan müəssisələrin satınalmalarda iştirak etməsi ictimai nəzarət və şəffaflıq baxımından suallar doğurur. Geri qayıt |