Əsas Səhifə > Üst manşet / Güney Press > KONTAKT HOME yenə öz AMPLUASINDA

KONTAKT HOME yenə öz AMPLUASINDA


Bu gün, 08:21

"Şikayətim var – KONTAKT HOME mağazalar şəbəkəsindən!" "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Vüsal Məmmədov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:
"Mən, Məmmədov Vüsal Salik oğlu, Sony KD-43X81J markalı televizoru 18 ay müddətinə kreditlə KONTAKT HOME-dan 1923.80 manat məbləğində zəmanətlə birlikdə almışam. Lakin televizor 08.04.2025-ci il tarixində, heç bir kənar müdaxilə olmadan sıradan çıxmışdır.
19 may tarixində KONTAKT HOME-un Problemli məhsullar şöbəsindən mənə zəng edilərək bildirdilər ki, mağazaya yaxınlaşıb yeni televizor götürməyim üçün tapşırıq verilib. Lakin mən mağazaya yaxınlaşdıqda, mənə nə ödədiyim məbləğdə (1923.80 manat) bir cihaz təklif olundu, nə də məntiqli bir kompensasiya. Əksinə, mənə 1100-1200 manat dəyərində televizorlar təklif edildi və bildirildi ki, qalıq məbləğ geri qaytarılmayacaq. Bu, nə müştəri hüququna, nə istehlakçı haqlarına, nə də insanlığa sığan davranış deyil.
Hemodializ xəstəsi kimi mənim gündəlik həyatım daima çətinliklərlə doludur. Sağlamlığım ən həssas vəziyyətdədir və hər bir stress, hər bir əsəbi hal mənim üçün həyati təhlükə daşıyır. Belə bir durumda KONTAKT HOME tərəfindən göstərilən laqeydlik və ədalətsizlik mənim ruh halımı ciddi şəkildə pozur, səhhətimə mənfi təsir göstərir. Çalışdım ki, bu məsələni sakit və hüquqi yolla həll edim, lakin təəssüf ki, göstərilən yanaşma məni buna məcbur etdi.
Vatsap yazışmalarında da açıq şəkildə bildirmişəm ki, bu münasibət məni qane etmir. Mənə təqdim olunan təkliflər hüquqlarıma və sağlamlıq vəziyyətimə açıq hörmətsizlikdir.
Əgər bu məsələ tez bir zamanda ədalətli şəkildə – ya ödədiyim məbləğ dəyərində yeni televizorla, ya da balansın tam qaytarılması ilə – həll olunmasa, mən məsələni aidiyyəti dövlət orqanlarına və məhkəməyə qədər daşıyacağam".

Geri qayıt