Əsas Səhifə > Üst manşet / Güney Press > Göygöl peşə məktəbində AÇIQ BAZAR
Göygöl peşə məktəbində AÇIQ BAZAR11-06-2025, 00:28 |
Sosial şəbəkələrdə yayılan son iddialar cəmiyyətin ciddi narahatlığına səbəb olub. “Təhsildə Nəzarət” səhifəsinin paylaşdığı məlumata görə, Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova və baş mühasib Səadət Abbasova təhsil müəssisəsini biznes mənbəyinə çeviriblər. Bundan əlavə, müəssisədə çalışan anbardar Kərim adlı şəxsin vasitəsilə tələbələrin mobil telefonları əllərindən alınaraq direktor otağına çağırıldıqları, onlardan müxtəlif adlarla pul yığılaraq “cəzanı özünüz düzəldin, cərimələri ödəyək” tipli ifadələrlə təzyiq göstərildiyi bildirilir. Bütün bu iddialar təhsildə şəffaflıq və dürüstlük prinsipinə zidd olaraq, ciddi hüquqi qiymətləndirmə tələb edir. İctimaiyyət məsələ ilə bağlı rəsmi qurumların operativ araşdırma aparmasını və günahkarların qanun qarşısında cavab verməsini gözləyir. Həmçinin qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Kərəmov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Kəmalə Nəhmədova Göygöl Peşə Məktəbinin direktoru təyin edilib. Bakunews.az Geri qayıt |