Əsas Səhifə > Üst manşet / Güney Press > `KONTAKT HOME` yenə də narazılıq yaradır
`KONTAKT HOME` yenə də narazılıq yaradırDünən, 08:36 |
Narazı vətəndaşın müraciətini olduğu kimi təqdim edirik (redaktə olunmadan): "Biraz uzun olacaq səbrlə oxuyub fikir bildirən hər kəsə öncədən təşəkkür. 01.06.2025 tarixində iPhone 15 128 gb markalı telefon almışam və kreditə mənim xəbərim olmadan 150 azn lik quraşdırma xidməti və heç bir işə yaramayan işsizlik sığortası əlavə ediblər(elə bil bankdan kredit götürürəm) telefonu aldıqdan sonra mağaza əməkdaşı heç bir savadı və məlumatı olmadığı halda telefonda iCloud açdı və bir iki program yüklədi. Kağıza parol və istifadə adını yazıb yola saldı. Əsas konsert indi başlayır. Evə gəldikdə iCloud parol istədi mənə kağızda yazdığını daxil etdikdə yalnış olduğunu yazdı. Bir iki uğursuz cəhtdən sonra qaynar xəttə yığdım bildirdilər ki mağazaya yaxınlaşım mağazaya yaxınlaşdıqda problemin iCloudun yalnış açılmasından və profilin təsdiqlənməməsindən qaynaqlandığını bildirdi İT dəstək əməkdaşı. Təsəvvür edin dünən aldığım telefon işçi səhvi ucbatından servisə göndərildi və mən 21 gün səbəbsiz yerə gözləməliyəm. Üstəlik işçi orda mənim üzümə durdu və guya bunun heç bir günahı yoxdu. Ama mağaza müdürünə kimi təsdiqlədi ki günah işçidədi ki mənə səhv profil açıb. İndi işim qalıb ortalıqda görüm servis nə qərar verəcək .. kənardan aldığım məlumata görə iCloud silinib yenisi açılmalıdı və bu müəyyən ödəniş əsasında olur. Mən indi heç bir səhvim olmaya olmaya baha qiymətə aldığım telefona hələ bir servis haqqıda ödəməliyəm. Həqiqətən şaka kimi bir vəziyyətdi. Kontakt home isə mənə deyirki problemi işçi ilə öz aranda həll et. Dəhşət!! Siz siz olun ordan nəsə alanda iki dəfə düşünün!.." Geri qayıt |