Əsas Səhifə > Üst manşet / Güney Press > SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI...

SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI...


Bu gün, 11:03

"SOCAR kadr siyasətini reallaşdıran yüksək vəzifə sahibləri , apardığınız "xərclərin optimallaşdırılması", yeniəməliyyat modelinə keçid, idarəetmə müxanizminin təkmilləşdirilməsi və s. siyasəti -yüksək vəzifəlilər üçün əlavə ştatlar açmaq, hazırda fəaliyyətdə olanlar üçün müşavir, müavin, müavinin müşaviri və s. ştatlarının möhkəmləndirilməsi və s. deyilmi?" "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri , tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.
"Bəs işsiz qoyduğunuz insanlar?" deyə SOCAR rəhbərliyinə xitab edən M.Qəhrəmanlı daha sonra Lənkarandan NHMT-yə daxil olan növbəti şikayəti açıqlayıb. Beləliklə Lənkərandan işçilər yazır:
"İdarədən bildirdilər ki, işçilərin məzuniyyətə göndərilməsi dayandırılır. 1 iyuldan fəhlə, çilingər və s. kateqoriyasına məxsus olan işçilərin işdənçıxarma aksiyasına start verilir.
Bizlər imtahana cəlb olunuruq və həmin imtahanlar da yalnız fəhlə kateqoriyasına malik olan şəxslərə aiddir.
İmtahanda veriləcək suallar isə tutduğumuz vəzifəyə uyğun deyil..."




Geri qayıt