Əsas Səhifə > Üst manşet / Güney Press > TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞIBu gün, 05:46 |
“Ucar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tələb olunan “Inventarların satınalınması” üzrə 21.04.2025-ci ildə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “SAR TRADE” MMC seçilib və tərəflər arasında 13.290,34 manat məbləğində satınalma müqaviləsininn bağlanılması planlaşdırılır. Qeyd edək ki, sözügedən şirkət bir ay əvvəl Lənkəran rayon Mərkəzi Xəstəxanası ilə ümumi və texniki təyinatlı predmetlərin satınalınması üzrə 22.998,2 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Fevral ayında isə “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik-hüquqi şəxsi ilə AKSA markalı generatorun və qazanxana avadanlıqlarının əsaslı təmirinin satın alınması üzrə 17.278,74 manat, tibbi cihazların təmiri xidmətinin satın alınması üzrə 23.965,8 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, “SAR TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli xəstəxanaların keçirdiyi 30-a yaxın tender və kotirovka sorğusunun qalibi olub. Bunlardan bəzilərini diqqətinizə çatdırırıq. Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “SAR TRADE” MMC (VÖEN 1402598961) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 09.09.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, QƏDİRBƏYOVA, ev 8A, BLOK 1, m. 37 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Kərimov Muxtar Kərim oğludur. Qeyd edək ki, “SAR TRADE” MMC -nin təsisçisi Niftəliyev Cabir Hüseynqulu oğlu həm də “Clinic Medical” MMC-nin qanuni təmsilçisidir. Elektron mediada 29 Avqust 2024-cü ildə yayılan məlumata görə “Clinic Medical” Məhdud Məsuliyyətli Cəmiyyəti valyuta tənzimi qaydalarını pozduğuna görə barəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə ( avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) əsasən cərimə protokolu tərtib edilib. Bundan əlavə MMC-nin adının tez-tez dəyişdirməsi bir sıra şübhəli məqamların olduğunu ortaya çıxardı.Apardığımız araşdırma zamanı məlum oldu ki, hazırda “SAR TRADE” MMC -nin “SAR MEDICAL” kimi də adı bir çox şübhəli satınalmalarda hallanır. Göründüyü kimi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə tabeli Xəstəxanaların əksəriyyəti satınalmaların təşkili zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmişdir. Belə ki, MMC bir xəstəxanada müxtəlif növ avadanlıqların təmiri üzrə, digərində qeyri-tibbi avadanlıqların təmiri üzrə işlər aparır, bir xəstəxanaya müxtəlif növ inventarlar satır, başqa birisinə müxtəlif çeşiddə mallar, yumşaq invertar, yataq ləvazimatları və xüsusi geyimlər satır, hətta həyətyanı sahələrin yaşılllaşdırılması, işıqlandırılması xidmətini görür. Bütün bunlar onu təsdiq edir ki, “SAR TRADE” MMC TƏBİB-ə tabeli qurumlara hər növ xidmət göstərir. Satınalmalarda uyğunluq göstəriciləri nəzərə alınmadan. Bu isə onun göstərir ki, TƏBİB-də bu MMC-nin arxasında duran maraqlı şəxslər var. Ümumiyyətlə, görəsən “SAR TRADE” MMC-nin qalib olduğu satınalmaları respublikanın şimalından cənubuna, şərqindən qərbinə həyata keçirməyə müvafiq lisenziya və müqavilə ilə işləyən işçiləri, maddi-texniki bazası varmı? Bu şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Son bir neçə ayda onlarla satınalmanın qalibi olan MMC-nin nə sosial şəbəkə hesabı, nə də bir veb-səhifəsi yoxdu. Maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin. Aktualinfo.org Geri qayıt |