Əsas Səhifə > Üst manşet / Güney Press > Nurçuların Bakıdakı ticarət şəbəkəsi...
Nurçuların Bakıdakı ticarət şəbəkəsi...Bu gün, 07:16 |
“Aral Group” tikinti şirkətində mühasib köməkçisi kimi çalışmış Cavid Əliyev adlı vətəndaş hüquqlarından pozulmasına etiraz edib.Redaksiyamıza danışan şikayətçi bildirib ki, şirkət əməkdaşlarını iş saatından çox işlədərək istismarla məşğul olur:“Mən 10 ay rəsmi olaraq “Aral Group” tikinti şirkətində mühasib köməkçisi vəzifəsində çalışmışam. Normalda iş saatı 09:00-da başlayaraq 18:00-da bitir. Lakin mənim işim 08:00-dan 18:00-a kimi idi. Bu, şirkətin qrafiki idi və hazırda da əməkdaşların hamısı qeyd etdiyim qrafik üzrə çalışırlar. Həftənin 5 günü 8 saat olmaqla, əməkhaqqı 450 manat qeyd olunmuşdu. Lakin aldığım əməkhaqqı 600 manat idi. Maaşın 450 manatını karta vururdular, qalan hissəsini isə nağd şəkildə verirdilər. Şirkət mənə məzuniyyətin düşmədiyini və əlavə iş saatlarına görə ödəniş edilməyəcəyini bildirir. Baxmayaraq ki, şirkətin bu davranışı qayda pozuntusudur. Hüquqları pozulmuş bir vətəndaş olaraq, məzuniyyət və əlavə günlərimin hesablanmasını tələb edirəm”.bakues.azXatırladaq ki, sözügedən şirkətin adı tez-tez FETÖ terror təşkilatının ticarət şəbəkəsi kimi yerli KİV-də nişan verilib. Amma buna baxmayaraq bu iddia hansısa formada inkar edilməyib. Geri qayıt |