Əsas Səhifə > Üst manşet / Güney Press > Bakıda daha bir ENDİRİM FIRILDAĞI

Bakıda daha bir ENDİRİM FIRILDAĞI


Bu gün, 08:59

Bakıda müştərilər növbəti endirim fırıldağı ilə üz-üzədir. "DİA.AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

" "ÇİNİCİ"də keçən ay 179.90 manata olan ayaqqabı 50 faiz endirimdən sonra olub 210 manat..." deyə gileylənən Konul Muhammedi adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi dələduzluq faktını ictimailəşdirib.

Qeyd edək ki, əslində isə təqdim olunan malın hətta keçən ay da baha satıldığı məlub olub. Belə ki, istifadəçilərdən Baxish Ismayilov eynis məhsulu 95 manata aldıqlarını bildirib.


Geri qayıt