Əsas Səhifə > Üst manşet / Güney Press > Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB

Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB


Bu gün, 09:24

"Deməli, əziz naxcıvanlılar... haçansa özünüzü və ya yaxınlarınız it qaparsa... ilan vurarsa, qəti Naxçıvan Muxtar Respublikasının Səhiyyəsinə aparmayın..." "DİA-AZ" xəbər verir ki, bu çağırışla çıxış edən Naxçıvan sakinləri olduqca ilginc bir problemə diqqət çəkiblər.

Narazı vətəndaşların müraciətində deyilir: "Ona görə ki, bu gün Naxçıvan xəstəxanalarında "Tetanus" iynəsi yoxdur.

MR-nın səhiyyə nazirinin "analoqsuz siyasəti" nəticəsində həyati təhlükəsi olan xəstələr sistem qoşularaq yola salınır..."

Sakinlər bununla bağlı aidiyyatı qurum və şəxslərin operativ müdaxiləsini də tələb edirlər...



Geri qayıt