Əsas Səhifə > Üst manşet / Güney Press > Camış qatığında camış südü YOXDUR

Camış qatığında camış südü YOXDUR


Dünən, 08:58

"“Sab” şirkətinin "Camışlı" qatığı adı ilə satdığı məhsulun içində camış südü yoxdur..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rasim Abbasov adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: " "Araz" marketin saytında olan şəkildə ad "Camış qatığı" olaraq qeyd edilib. Qəbzdə də camış qatığı yazılıb. "Sab" firması qatığa belə ad qoymaqla və üzərinə camış şəkli çəkməklə istehlakçını aldadır.

Ümumiyyətlə bu nə mənasız addır. Belə çıxır ki, hamı işini gücünü atıb hər aldığı məhsulun tərkibini oxumalıdır..."



Geri qayıt