Əsas Səhifə > Üst manşet / Güney Press > Fuad Nəcəfli Naxçıvanı dünyaynan bir edib...

Fuad Nəcəfli Naxçıvanı dünyaynan bir edib...


Dünən, 08:43

"Buyur, “canişin” əfəndi, biz danışırdıq, siz “düşmən sözüdür” qulağınızı tuturdunuz. Və işsizlik, pis idarəetmə səbəbindən yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan naxıvanlıların gözünün içinə baxa-baxa, xəcalət hissi keçirmədən Muxtar Respublikada sosial-iqtisadi vəziyyətin günü-gündən yaxşılaşmasından dəm vururdunuz. Biz də bilmirdik, gözümüzə, hər gün sel kimi redaksiyamıza ünvanlanan şikayət məktublarına inanaq, yoxsa sizə". "DİA-AZ" xəbər verir ki, bu ifadələr Naxçıvan Muxtar Respublikasında Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfliyə etiraz edən tanınmış jurnalist Heydər Oğuzun müraciətində yer alıb.
Jurnalist müraciətini daha sonra belə davam etdirir: "Bunu isə artıq biz yox, dünyanın tanınmış səyahətçisi Artemi Lebedev deyib: “Naxçıvan Yer kürəsinin ən mənasız yeridir”.
Dünyanın əksər ölkələrini gəzən Lebedev iki gün də Naxçıvanda qalmağı planlaşdırıb. Amma yalnız 1 gün Muxtar Respublikada qala bilib. Ertəsi gün tələm-tələsik Naxçıvanı tərk edən səyahətçi bunu Muxtar Respublikanın “darıxdırıcılığı” ilə izah edib.
"Bu yer o qədər qeyri-real, sönükdür ki… sadəcə fantastik dərəcədə. Mən başa düşmürəm ki, onlar bunu necə bacarıblar",- Lebedev “VKontakte” sosial şəbəkəsində paylaşıb.
Qeyd edək ki, Artemi Lebedev 2010-cu ildə Azərbaycanın icazəsi olmadan Qarabağa səfər etmiş, 2025-ci ilin fevral ayında bu səfərə görə bütün Azərbaycan xalqından üzr istəmişdi. Azərbaycan da həmin üzrxahlığını nəzərə alıb Lebedevə qarşı tətbiq etdiyi ölkəyə giriş qadağasını ortadan qaldırmışdı. Görünən budur ki, səyyah "sanksiya"ların ləğvini fürsət bilib Naxçıvana gəlib. Və böyük xəyal qırıqlığı, peşmançılıq hissi ilə 1 gündən sonra Muxtar Respublikanı tərk edib.
Açığını deyim ki, Lebedevi qınamıram. Mən Naxçıvandanam, orada böyüyüb boya-başa çatmışam. Bəzən Naxçıvan üçün burnumun ucu göynəyir. Amma mən belə, Naxçıvana gedəndə "darıxdırıcı hava" nəfəsimi kəsir. Lebedev binəva nə etsin?"

Geri qayıt